Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti bitir.
DİA.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, mayın 26-da R.Zeynalovun xidmət müddətinin sonuncu günüdür. Onun vəzifədən azad edilib-edilməyəcəyi məlum deyil. Müddət daha 1 il də artırıla bilər. Qeyd: 2021-ci ilin mayın 26-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov R.Zeynalovun daxili işlər orqanlarında xidmət müddətini bir il artırıb. 2022-ci ilin fevralın 19-da Ramiz Zeynalovun 71 yaşı tamam olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?