Gundemxeber.az » Ölkə » Cəmiyyət » Polisə yalan məlumat verdi - TƏFƏRRÜAT
Dəfələrlə dövlət qurumlarına eləcə də, polisə bilərəkdən yalan məlumat vermənin hüquqi məsuliyyət yaratdığı barədə xəbərdarlıqlar edilsə də təəssüf ki, bu kimi neqativ hallara hələ də rast gəlinməkdədir. Növbəti bu cür fakt Lənkəranda qeydə alınıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon sakini Ş.H. adlı qadın polisə müraciət edərək yaşadığı evə 2 nəfər maskalı şəxsin daxil olaraq onu hədələdiyini, zor tətbiq edərək qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçirdiyini bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qadının polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir quldurluq hadisəsinin baş vermədiyi müəyyən edilib. Araşdırmalarla Ş.H.-nın ailə üzvləri ilə yaşadığı münaqişə zəminində qayçı ilə öz saçını kəsdiyi, iynə ilə üz nahiyəsinə xəsarətlər yetiridiyi və zorakılığa məruz qalması ilə bağlı polisə bilərəkdən yalan məlumat verdiyi məlum olub. Qeyd olunanlar barədə bilərəkdən yalan məlumat verdiyini həmin şəxs özü də etiraf edib.
Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalar aparılır.
Gundemxeber.az
13-07-2018, 13:29
30-10-2017, 17:37
5-01-2022, 12:24
14-02-2014, 12:27
30-10-2017, 18:36
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?