GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Müəllimlər sertifikasiyadan niyə narazıdır? - Ekspert haqlı və haqsız tərəfləri açıqladı

Müəllimlər sertifikasiyadan niyə narazıdır? - Ekspert haqlı və haqsız tərəfləri açıqladı

Tarix: 14-05-2022, 13:45 Bölmə :Cəmiyyət Baxış: 310


Gələn aydan dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılmasına başlanılır. Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur.
Test imtahanında 60 sual olacaq və hər bir düz cavab bir bal kimi müəyyən ediləcək. 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.
Lakin sertifikasiya müəllimlər tərəfindən narazılıqla qarşılandı. GUNDEMXEBER.AZ-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov AzVision.az -a açıqlamasında bildirib ki, ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sertifikasiyası çoxdan gözlənilirdi və olmalı idi. O qeyd edib ki, bu təhsil sisteminə müsbət təsirini göstərməlidir.
Azərbaycan müəllimləri axırıncı dəfə 1994-cü ildə bilik və bacarıqlarının yoxlanılması üçün attestasiyadan keçmişdilər. Daha sonra 2013-2018-ci illərdə müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirildi.
- Bu zaman məlum oldu ki, kifayət qədər müəllimin diplomu dövlət sənədi deyil və ixtisası üzrə maksimum biliyə sahib deyil. Artıq yeni mərhələ başlayır. Orta və ümumtəhsil müəssisələrində çalışan müəllimlərin həm diplomlarının yoxlanması, həm də bilik və bacarıqlarının yoxlanması, fiziki, psixoloji vəziyyətini öyrənilməsi başlayır. Bu ciddi məsələdir. Azərbaycan təhsili olaraq gözləntimiz müəllimlərimizin bu prosesdən üzü ağ çıxmasıdır" - deyən ekspert bildirib ki, müəllimlərin narazılıqlarının haqlı və haqsız tərəfləri var:
"Onlar deyir ki, niyə Təhsil Nazirliyində çalışanların bilik və bacarıqları yoxlanılmır? Deyirlər ki, birinci bizi idarəedənlər imtahan versin, sonra həmin şəxslər bizi yoxlasın. Bu yanlış yanaşma tərzidir. İstər Təhsil Nazirliyində çalışanlar, istər məktəb direktorları müsabiqə və müsahibə nəticəsində işə qəbul olunurlar. İşə götürənlər öz işçilərini Əmək Məcəlləsinin tələbinə uyğun olaraq yoxlamağa haqlıdırlar. Sizdən qeyri-adi bilik və bacarıq soruşulmur, yoxlanılmır. Sizin ixtisasının nədirsə, minumum 20 bal toplamaq tələb olunur. Sertifikasiyadan keçən müəllimlər bilik və bacarıqlarına uyğun əmək haqqı alacaq. İndi hamı stabil maaş alırsa, orada kim daha yaxşı nəticəyə sahib olacaqsa daha yaxşı əmək haqqı alacaq. Bu da müəllimlərin seçilməsinə imkan verəcək".
Müəllimlər tərəfindən səsləndirilən digər irad mütəmadi olaraq imahanların keçirilməsidir. K.Əsədov hesab edir ki, bu, haqlı iraddır:
"Təhsil Nazirliyi indiyə qədər keçirdiyi müəllimlərin işə qəbulunda müəyyən qədər test, məzmun, standartlarla bağlı problemlər var idi. Onlar deyir ki, sizin indiyə qədər keçirdiyiniz imtahandakı suallar problemli idisə, indi necə rahat imtahan keçirəcəksiniz? Haqlı iraddır. Bu məsələlərin həlli mümkündür. Azərbaycan təhsili üçün inanmalıyıq. Setifikasiya kifayət qədər müəllimin özünü təkmilləşdirməsinə səbəb olacaq. Bəzilərinin yolları ayrılacaq və sistemə yeni müəllimlər daxil olacaq. Ümumilikdə proses Azərbaycan təhsilinin inkişafına yönəlmiş fəaliyyətin nəticəsi olacaq".


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 669 bal topladı, universitetə qəbul ola bilmədi - Azərbaycanda inanılmaz hadisə

    669 bal topladı, universitetə qəbul ola bilmədi - ...

    15-08-2017, 13:24

  • 
  • Bu gündən direktorların işə qəbulu üzrə imtahanlar başlayır

    Bu gündən direktorların işə qəbulu üzrə ...

    2-08-2019, 09:57

  • 
  • Nazir müəllimlərin iş yerlərini dəyişməsi ilə bağlı qərar verdi

    Nazir müəllimlərin iş yerlərini dəyişməsi ilə ...

    23-06-2015, 13:06

  • 
  • Ucqar ərazilərdə işləyən müəllimlər üçün güzəştlər açıqlandı

    Ucqar ərazilərdə işləyən müəllimlər üçün ...

    15-06-2013, 15:00

  • 
  • Müəllimlərin işə qəbulu başlayır

    Müəllimlərin işə qəbulu başlayır ...

    27-02-2020, 14:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (277)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu