Son günlər Bakı metrosunda polis əməkdaşları tərəfindən aparılan yoxlamalar daha da gücləndirilib.
Xüsusi yoxlama cihazından əlavə, polislər metroya daxil olan vətəndaşlardan şəxsiyyət vəsiqələrini də tələb edirlər. Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin yoxlamalar metroya daxil olan COVID-19 xəstələrinin müəyyən edilməsi üçündür. Bu yoxlamalar metroya daxil olarkən aparılır və kütləvi deyil. Qeyd edək ki, Operativ Qərargahdan verilən məlumata görə, dünən Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 673 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 912 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, 52 aktiv xəstə sayı nəfərdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?