Fövləladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edib.
Nazirin müvafiq əmri ilə polkovnik Zahid Seyidov idarənin rəisi təyin olunub. Qeyd edək ki, nazirin 13 may sərəncamı ilə 4-cü Ərazi Dövlət Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Səyavuş Qasımov vəzifəsindən azad edilərək, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisinin birinci müavini təyin edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?