Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
GundemXeber.Az bildirir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?