Sosial şəbəkələr üzərindən əldə etdiyimiz məlumata görə Abşeron rayonunda "Texserviz" ASC sədri Ceyhun Nəcəfov xanım vətəndaşı döyərək xəsarət yetirib.
GundemXeber.Az bildirir ki, baş verən hadisə ilə bağlı Abşeron RPİ - də araşdırma aparılır. Məlumat üçün bildirək ki, Ceyhun Nəcəfov bir müddət öncə Xırdalan şəhər ərazisində iki böyük ağac kəsərək cinayətə yaxın hadisə törətmişdir. Onun barəsində heç bir tədbir görülmədiyi və özünün dediyi kimi "mənim pulum var, hara istəyirsiniz şikayət edin" cavabı müəyyən şübhələr yaradır. Əlbətdə ki, dövlətin qanunlarını rəhbər tutan hüquq mühafizə orqanları yarıtmaz şəxslər üçün lazımı tədbir görür. Lakin, Abşeron ərazisində cəmiyyət üçün olduqca təhlükəli bir şəxs qadın, uşaq və yaşlı bilmədən fiziki zorakılıq tədbiq edir.
Fotoda gördüyünüz şəxs Ceyhun Nəcəfov tərəfindən döyülüb. Maraqlı hal odur ki, yerli hüquq-mühafizə orqanları Ceyhun Nəcəfovun törətdiyi zorakılıq və xəsarət yetirmə hadisəsini görə bilmirlər. Xəsarət alan şəxsin yaxınları bildiriblər ki, əks təqdirdə, ölkə başçısına və Daxili İşlər Naziri cənab Vilayət Eyvazova rəsmi məktub ünvanlanacaq.
Sorğu
Yeni dizaynımız necədir?