Dünən bir qrup jurnalistlər rektor İbrahim Cəfərovun dəvəti ilə Azərbaycan Dövlət Aaqrar Universitetində olub, bu ali təhsil ocağında keçirilən "açıq qapı" günündə imtahanların gedişatı və yaradılmış ümumi şəraitlə yaxından tanış olub.
Beləliklə, ilk olaraq Universitetin nəzdindəki Tədris-təcrübə təsərrüfatı ərazisində olduq. Mövzuya keçməzdən öncə, bu ali təhsil ocağının yaranma tarixinə və fəaliyyət istiqamətinə nəzər yetirək. 1920-ci il noyabrın 13-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə, yəni neft sənayesi, elektromexaniki, mühəndis-tikinti, kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılır.
Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılır. 1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə çox sayda kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan, Kənd Təsərrüfatı İnstitutunun yaradılması zərurətə çevrilir. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılır və bu İnstitut 1931-ci ildə Gəncə şəhərinə köçürülür.
Çox keçmir ki, Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (AKTİ) tərkibinə birləşdirilir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə, AKTİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.
1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim edir. Yarandığı dövrdən indiyədək Azərbaycan Dövlət Aqrar Universiteti müxtəlif xalqlardan olan 70 minə yaxın yüksəkixtisaslı mütəxəssis hazırlamışdır.
Azərbaycan Kənd Təsərrüfatı İnstitutu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 53 nömrəli qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanı ilə universitet özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət ali təhsil müəssisəsi kimi təsdiq edilmişdir.
Öncə qeyd etdiyimiz kimi Tədris-təcrübə təsərrüfatının ərazisində apardığımız müşahidələrdən məlum oldu ki, ümumi sahəsi 80 hektardan ibarət ərazidə üzümçülük, gülçülük, sortlaşdırılmış meyvə ağacları yetişdirilir. Hətta, bu təsərrüfatda iribuynuzlu mal-qara, xırdabuynuzlu heyvanlar, atlar, toyuqlar saxlanılır. Ümumi müşahidələrimiz zamanı onun da şahidi olduq ki, Tədris-təcrübə təsərrüfatında yüksək texnologiya ilə təchiz olunmuş texnikalar, əkin-biçin üçün nərərdə tutulan traktorlar, 16 tonluq soyuducu və iki ədəd, hansı ki, hər biri 100 tonluq silos saxlamaq üçün nəzərdə tutulan anbarlar var. Bütün bunlara rəğmən universitetin nəzdindəki Tədris-təcrübə təsərrüfatında müəllim və tələbələr üçün nəzərdə tutlmuş üç bağlı, iki açıq auditoriya da var.
Tədris-sex labaratoriyası və ət kəsimi sexi də, məhz müasir standartlara uyğun olaraq qurulub. Aqrar Universitetin Tədris-təcrübə təsərrüfatıında dərsliklərə aid təcrübəni artırmaq üçün, quşçuluqla bağlı dərslərin də davamiyyətli keçirilməsinin şahidi olduq. Burada taxıl, kartof və qarğıdalının becərilmə metodu da diqqətimizi çəkdi. Görülən işlər həqiqətən də təqdirəlayiq hesab olunmalıdır. Əlavə olaraq onu da qeyd edək ki, Tədris-təcrübə təsərrüfatının inzibati binasında yaradılmış şərait də diqqətimizi cəlb etdi. Belə ki, tanış olduğumuz şərait hər kəsə xüsusi zövq verirdi. Daha sonra, mühəndislik fakültəsində aparılan imtahanları da izlədik. Burada 4-cü kurs tələbələri komputer mühəndisliyi, melorasiya mühəndisliyi, materialşünaslıq, aqro mühəndislik fənlərindən imtahan verirdilər.
4-cü kurs rus bölməsi, hansı ki, elektirik diaqnostika fənnindən yazılı götürülən imtahanlarda tələbələrin aktivliyi və verilən suallara hazırcavab olmaları onu deməyə əsas verir ki, bu Universitetdə tədrisin səviyyəsi yüksək səviyyədədir. Ümumi kimya fənnindən keçirilən imtahanlarda tələbələrə yaradılmış şəraitlə də tanış olduq. O halda məlum oldu ki, imtahanlarda iştirak edən tələbələrə xüsusi şərait yaradılıb. Müşahidələrimiz zamanı diqqətimizi çəkən əsas məsələlərdən biri də o oldu ki, idman zalının yüksək səviyyədə təmir olunması və idmanla məşğul olmaq üçün avadanlıqlarla təchiz olmasıdır. Təqdirəlayiq işlərdən biri də odur ki, ADAU-nın nəzdində Peşə Tədris Mərkəzi fəaliyyətə başlamaq üzrədir. Yüksək inkişaf yolunda olan Azərbaycan Dövlət Aqrar Universitetinin mühəndislik fakültəsinin emalatxanasını da müasir texnikalarla təchiz edilməsi hər kəsin diqqətini cəlb etməyə bilməzdi. Yuxarıda qeyd olunanlarla bağlı onu da bildirək ki, Gəncə Qərb bölgəsində kənd əhatəsində yerləşən yeganə şəhərdir. Ona görə də ADAU 1931-ci ildə Gəncə şəhərində qurulub.
Rektorun təklifi ilə təşrif buyurduğumuz Aqrar universitetdə əkin-biçin işləri ilə məşğul olmaq istəyən vətəndaşlarımız üçün maraq doğuran və vacib olan labaratoriya da fəaliyyət göstərir. Belə ki, 10 hektardan yuxarı olan ərazinin torpağı labaratoriyada analiz olunur və vətəndaşa rəsmi rəy verilir. Bundan sonra, torpaq sahəsinin sahibi dəqiq bilir ki, becərəcəyi torpaqda hansı istiqamətdə fəaliyyət göstərəcək və eyni zamanda dövlətdən subsidiya da əldə edə biləcək. Onu da qeyd edək ki, Torpaqların Aqro Kimyavi Analiz Labaratoriyasında, torpaqların analiz olunması müəyyən ödənişlər əsasında həyata keçirilir. Maraqlı hal odur ki, həmin labaratoriyadan Gəncəbasar bölgəsi üzrə yeganə olaraq, bir nüsxədir. O da ADAU-da yerləşdirilib. Müşahidələrimiz zamanı gördük ki, toxumçuluq labaratoriyası dənli və paxlalı bitkilərin keyfiyyətinin müəyyən edilməsi, Əczaçılıq innovasiyalar mərkəzi, Univesitetin tələbə yataqxanası müasir üsullarla təmir olunub. Yataqxananın nəzdində kitabxana və dəftərxana da fəaliyyət göstərir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?