GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ali təhsil 3 ilə endirilə bilər

Ali təhsil 3 ilə endirilə bilər

Tarix: 16-06-2022, 11:06 Bölmə :Cəmiyyət Baxış: 210

Azərbaycanda "Ali Təhsil haqqında" Qanun qəbul oluna bilər. Milli Məclisdən verilən məlumata görə, bu adda qanun layihəsinin yaxın günlərdə parlamentdə müzakirəsi gözlənilir. Layihə qəbul olunarsa, bu, Azərbaycanda ilk ali təhsil haqqında qanun olacaq. Hazırda isə 2009-cu ildə qəbul olunmuş ümumi "Təhsil haqqında" Qanun mövcuddur.

Layihədə olanlar...

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov "Turan"a bildirib ki, hər il təhsildə müxtəlif inkişaf gedir, dünyanın ayrı-ayrı ölkələrində təhsil sistemlərinə yenidən baxırlar: "Azərbaycanda da artıq bir müddətdir ali təhsil haqqında ayrıca bir qanuna zərurət yaranmışdır".

Onun sözlərinə görə, parlamentin Elm və təhsil komitəsində işçi qrup yaradılıb və onlar yekun olaraq qanun layihəsini hazırlayıb ayrı-ayrı qurumlarla müzakirə ediblər.

"Bakalavrların təhsil müddəti 3 il..."

Komitə üzvü qeyd edib ki, layihənin əvvəlində ali təhsilə aid anlayışlara aydınlıq gətirilir: "Bir çox məsələlər var. Bizim üçün ən önəmli məsələlərdən biri təklif kimi nəzərdən keçirilir: Bakalavrların təhsil müddətinin 3 il (hazırda 4 ildir), magistratura üçün isə 1 il olması. Dünya təcrübəsində belə bir praktika var".Lakin C.Məmmədovun fikrincə, bunun birdən-birə tətbiqi hazırda qeyri-mümkündür: "Bu, uzun bir prosesdir. Burada kredit sistemi var, proqramlar məsələsi var. Gələcəkdə zərurət yaranarsa, müəyyən prosedurlar həyata keçirildikdən sonra baxıla bilər".

Onun vurğulamasına görə, qanun layihəsində vacib məqamlardan biri məsafədən təhsildir: "Bir neçə ildir dünyada tədris distant üsulu ilə aparılır. Bizim layihədə də məsafədən təhsil məsələsi əksini tapıb".

"Sosial yataqxanalar da nəzərdə tutulur"

C.Məmmədov bildirib ki, qanun layihəsində həmçinin sosial yataqxanalar da nəzərdə tutulur: "Uzun illərdir Azərbaycanda müxtəlif obyektiv və subyektiv səbəblərdən tələbə yataqxanaları ilə bağlı bir sıra problemlər yaşanır. Bu baxımından nəzərdə tutulur ki, hər hansı universitet yaradılarkən mütləq onun yataqxanasının olması şərti irəli sürülsün. Bundan əlavə, tələbələrimizin gələcəkdə yataqxana ilə təminatının gücləndirilməsi üçün sosial yataqxanalar məsələsi nəzərdə tutulub".

Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov da AzadlıqRadiosuna bildirib ki, ayrıca "Ali Təhsil haqqında" Qanuna ehtiyac var: "Çünki hazırda ali təhsilə aid olan məsələlər "Təhsil haqqında" Qanunla və Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Ona görə də bəzi məsələlər mübahisəli olur".

"Bunlar layihədə öz əksini tapmayıb"

Onun fikrincə, qanun layihəsi yaxşı hazırlansa da, müəyyən qədər çatışmazlıqlar var: "Amma yeni qanun ali təhsilin inkişafına təsir göstərəcək. Çünki orada ali təhsil müəssisələrinin müəyyən muxtariyyəti, idarə edilməsi, rektorların təyinatı kimi məsələlər öz əksini tapıb".

Lakin ekspert hesab edir ki, layihədə universitetlərin beynəlxalq əməkdaşlığı, tələbə qəbulu qaydalarında ali məktəblərə müəyyən qədər müstəqilliyin verilməsi məsələləri də əksini tapmalı idi: "Bunlar layihədə öz əksini tapmayıb".

"Sinif nümayəndəsini belə tələbələr seçə bilmir"

"Tələbə Güc Mərkəzi" İctimai Birliyinin sədri Fərid İmanov isə prosesin manipulyasiya xarakteri daşıdığını düşünür. Onun sözlərinə görə, əgər hökumət təhsil müəssisələrinin dünya standartlarına uyğun idarə olunmasını istəyirsə, rektoru tələbələrin seçməsi ilə bağlı qanun qəbul edilməlidir: "Halbuki, universitetlərdə nəinki rektoru, hətta sinif nümayəndəsini belə tələbələr özü seçə bilmir".

F.İmanovun vurğulamasına görə, hazırda təhsildən böyük ölçüdə maddi imkanı olanlar yararlana bilir: "Dövlət universitetlərində təhsil pulsuz deyilsə, qanunun, sadəcə, manipulyasiya olduğu açıq-aydın ortada olacaq".

O, yaşam təqaüdünün müəyyən edilməsini də vacib sayır.


Gundemxeber.Az 




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Ali Təhsil haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq

    “Ali Təhsil haqqında” qanun layihəsi Milli ...

    15-01-2021, 13:16

  • 
  • Ali məktəb tələbələri və müəllimlərinin hüquq və vəzifələri müəyyənləşir

    Ali məktəb tələbələri və müəllimlərinin hüquq və ...

    21-01-2021, 12:55

  • 
  • Azərbaycanda təhsillə bağlı yeni qanun layihəsi hazırlanır

    Azərbaycanda təhsillə bağlı yeni qanun layihəsi ...

    31-03-2017, 11:35

  • 
  • Azərbaycanda yeni növ təhsil müəssisələri yaradılacaq

    Azərbaycanda yeni növ təhsil müəssisələri ...

    15-04-2017, 00:39

  • 
  • NAZİRDƏN TESTƏ SALINAN SUALLARLA BAĞLI AÇIQLAMA - "Bəzi məqamlar bizi narahat edir"

    NAZİRDƏN TESTƏ SALINAN SUALLARLA BAĞLI AÇIQLAMA - ...

    29-06-2021, 12:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu