GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ermənilərdən Bakının səbrini daşıran hədə və davranışlar - Ali Baş Komandanın bircə əmri yetər ki...

Ermənilərdən Bakının səbrini daşıran hədə və davranışlar - Ali Baş Komandanın bircə əmri yetər ki...

Tarix: 20-06-2022, 12:37 Bölmə :Cəmiyyət Baxış: 241

“Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindən dərs çıxarmalı və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev srağagün IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

Prezident həmçinin vurğulayıb ki, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır və Azərbaycanı onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar edir. “Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq”, - dövlət başçısı aydın şəkildə xəbərdarlıq edib.

Əfsus ki, kapitulyant ölkədə 44 günlük müharibədən düzgün dərs çıraxarmayanlar kifayət qədər çoxdur. Bu da növbəti fakt.

Qonşu ölkənin informasiya qaynaqlarının məlumatına əsasən, Ermənistanda revanşistlər Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinə qarşı təxribat hazırlayırlar. Mümkün təxribatlar “Azadlıq hərəkatı” adlanan radikal-daşnaklar tərəfindən planlaşdırılıb.

Hərəkatın həmtəsisçisi Nairi Oxikyan bu xüsusda deyib ki, hazırda onların üzvləri Laçının “müdafiəsində” fəal iştirak edir. “Bildiyiniz kimi, Nikol Paşinyan iyulun 1-də Laçını Azərbaycana təhvil verməyi planlaşdırır. ”Azadlıq Hərəkatı" indi bunun qarşısını almaq üçün fəal mübarizə aparır", - Oxikyan bildirib.

O, “bunun qarşısını necə alacaqsınız” sualına “icazə verin, bu haqda detallı danışmayım” cavabını verib. Oxikyanın sözlərinə görə, onlar müxtəlif aksiyaların təşkili, hüquqi və siyasi addımların həyata keçirilməsi yolu ilə Laçının təhvil verilməsini müəyyən müddətə təxirə salmağı düşünürlər: “İndi biz konkret addımlar atır, müxtəlif danışıqlar aparırıq”.

Yada salaq ki, 10 noyabr 2020-ci il tarixli kapitulyasiya aktına əsasən (6-cı bənd) Laçın dəhlizinin alternativ marşrutu 3 il ərzində hazırlanmalı, bundan sonra dəhlizin keçdiyi şəhərin mərkəzi də Azərbaycanın nəzarətinə keçməlidir. Azərbaycan tərəfi alternativ marşrutu iki ilə inşa etməyi planlaşdırır. Yeni marşrut iyulun 1-də, yaxud bu ilin sonuna kimi istifadəyə verilə bilər. Bunun ardınca Laçının mərkəzi və Laçın yolunun keçdiyi ərazilər Azərbaycana təhvil veriləcək. Şəhərdə və dəhliz boyunca yerləşən ərazilərdə yaşayan ermənilər də ərazini tərk etməli olacaq.

Bu da erməni radikal-revanşistləri bərk narahat edir. Görünür keçən il (13 noyabr 2021) Şuşa yaxınlığında hərbçilərimizə qarşı terror aktı törədən Norayr Mirzəyanın cəzasız qalması onların murdar ağızlarında şirə saxlayıb...

Əvvəla, Paşinyan hökuməti Azərbaycanla gerçəkdən sülh istəyində səmimidirsə, erməni radikal ünsürlərə vaxtında yiyə durmalı, onların cilovunu yığmalıdır. Əks halda, Bakı nə edəcəyini bilir. Bu dəfə şəkk-şübhəsiz, cavabımız çox ağrılı, çevik və artıqlaması ilə olacaq. Diversantlar doğulduqlarına belə peşman ediləcək və göz qırpımında zərərsizləşdiriləcəklər. Azca bəxti gətirənlər isə Bakı həbsxanalarında diversant qardaşlarının sayını artıracaqlar.

Bu qəbildən təxribat və hədələr sözsüz ki, qanunsuz silahlı quldur dəstələrinin qaldığı Qarabağda antiterror əməliyyatını da qaçılmaza çevirə bilər. Çünki radikalların təxribat törətmək istədikləri Laçın ərazisi Rusiya “sülhməramlı” kontingentin müvəqqəti nəzarətində olan torpaqlarımızdır. Təbii ki, fakt qarşısında qalan “sülhməramlı” kontingentin rəhbərliyi ilə razılaşdırılaraq.

Bütün bunlar isə olmaya da bilər, əgər rəsmi İrəvan sülh anlaşmasını uzatmağın mənasızlığını anlasa, bunun onun ölkəsi üçün hansı ağır fəsadlara gətirəcəyini dərk eləsə, götürdüyü bütün öhdəlikləri yerinə yetirsə. O sırada rəsmi İrəvan Zəngəzur dəhlizi məsələsində hazırkı astagəlliyinə davam edərsə, onda Laçın dəhlizi bağlana da bilər. Səbəb sadə: Prezidentin IX Bakı Forumunun açılışında vurğuladığı kimi, Laçın yolu Zəngəzur dəhlizinin işləməsi ilə paralel nəzərdə tutulub. Biz isə ilyarımdır erməni tərəfinə birtərəfli güzəştə gedib gözləməkdəyik. Nə vaxtadək? Üstəgəl, Laçına qarşı təxribat hazırlıqları haqda xəbərlər gəlirsə...

“Hazırda Qarabağda Azərbaycan Ordusunun antiterror əməliyyatları üçün çox əlverişli zamandır. İpə-sapa yatmayan separatçı quldur dəstələrinə dərs verməyin vaxtı çatıb. Üstəlik, Rusiya hələ uzun müddət Ukrayna bataqlığından başını çıxara bilməyəcək və şimal qonşumuz müharibədən zəif və taqətdən düşmüş halda çıxacaq”. Dia.az-ın məlumatına görə, bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq daha sonra erməni tərəfdə Azərbaycana qarşı radikal çağırışların gücləndiyinə diqqət çəkərək bildirib: “Erməni revanşistlər deyirlər ki, Şuşanı da, Hadrutu da ”geri qaytaracağıq". Bu cür təhrikçi şüarlarla Azərbaycanı daha sərt addımlar atmağa vadar edirlər".

Hüseynli həm dağ-komando qoşunlarımızın və xüsusi təyinatlılarımızın, həm də desant qoşunlarımızın Xankəndi ətrafını üzük qaşı kimi mühasirəyə aldığına diqqət çəkərək deyib: “Ali Baş Komandanımızın bircə əmri yetərlidir ki, bu ərazilərdə antiterror əməliyyatlarına başlanılsın. Bu əməliyyatın keçirilməsi üçün ilk olaraq ruslarla danışmaq lazımdır. Ən azından Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılarla danışıqlar aparmaq lazım gələcək. Azərbaycan Ordusu separatçı quldurlara qarşı əməliyyatlar apararkən ruslara qarşı hər hansı pis niyyət nümayiş etdirməyəcək. Onların sakitliyi, özlərini normal aparmaları yetər ki, bu əməliyyatlar qısa və sürətli bir formada bizim tərəfimizdən uğurla gerçəkləşdirilsin”.

Politoloq əmindir ki, Ermənistanda və Qarabağın dağlıq hissəsindəki bəzi qüvvələr sülhyaratma prosesinə əngəllər yaratmağa başlayıblar.

Ancaq sirkə nə qədər tünd olsa, öz qabını sındırar. “Dəmir yumruq” saz vəziyyətdə, komadolarımızn nəfəsi erməni quldurlarının başlarının arxasında. Bircə, əmr qalır.../“Yeni  Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev: "Ermənistan öz cəzasını alıb və alacaq"

    Prezident İlham Əliyev: "Ermənistan öz ...

    27-09-2020, 13:30

  • 
  • “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” – Əli Şəmxani

    “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” ...

    16-04-2017, 18:00

  • 
  • Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

    Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib ...

    21-04-2021, 10:00

  • 
  • “Ermənistan müharibəni uduzur və çirkin üsullara əl atırlar” - Prezident İlham Əliyev

    “Ermənistan müharibəni uduzur və çirkin üsullara ...

    8-10-2020, 10:17

  • 
  • Prezident İlham Əliyev: "Ermənistan tərəfi Helsinki Yekun Aktını diqqətlə oxusun"

    Prezident İlham Əliyev: "Ermənistan tərəfi ...

    25-06-2016, 23:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu