GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ekspertlər hakimlərin maaşlarının artırılmasının korrupsiya hallarına təsir etməyəcəyini düşünür

Ekspertlər hakimlərin maaşlarının artırılmasının korrupsiya hallarına təsir etməyəcəyini düşünür

Tarix: 21-06-2022, 18:48 Bölmə :Cəmiyyət Baxış: 247


Azərbaycanda məhkəmə sədrlərinin və hakimlərin maaşları artırılır. Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilib.

Qanuna dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 3550 manat maaş veriləsi təklif edilir. O cümlədən qüvvədə olan qanuna görə, Ali Məhkəmənin sədrinə bir aylıq vəzifə maaşı həcmində əlavə məbləğ ödəniləcək. Yəni, Ali Məhkəmənin sədrinə vəzifə maaşı və vəzifə maaşına əlavə olmaqla, ümumilikdə aylıq 7 100 manat ödəniş veriləcək.

Hakimlərə isə aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq maaşı həcmində vəzifə maaşına əlavə ödənilir:

- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində

- ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində

- digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində

bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;

- Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;

- bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində aylıq maaş müəyyən edilir.

Beləliklə, digər məhkəmə sədrlərinin və hakimlərin maaşı Ali Məhkəmənin sədrinin maaşı ilə tənzimləndiyi üçün həmin məhkəmə sədrləri və hakimlərin də maaşı müvafiq faizlər nisbətində artacaq.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Ekspertlər hakimlərin və məhkəmə sədrlərinin əmək haqlarının artırılmasının bu sistemdə korrupsiya hallarının və sifarişli hökmlərin aradan qaldırlmasına kömək etməyəcəyini düşünür.

Mən sual edirəm, hakimlərin maaşlarının artırlması ədalət sistemində korrupsiyanın olub-olmamasına nə dərəcədə təsir edib?

Fuad Ağayev, vəkil

Vəkil Fuad Ağayev Amerikanın Səsinə “məgər hakimlərin məvacibləri aşağıdır?” deyə sual edib.

“Azərbaycanda hakimlərin maaşları artırılıb və mütəmadi olaraq artırılır. İndi mən sual edirəm, bu, ədalət sistemində korrupsiyanın olub-olmamasına nə dərəcədə təsir edib?”

Hüquqşünas İntiqam Əliyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, istər hakim, istər prokuror, istər müəllim, istər həkim olsun, dövlət qulluğunda çalışan insanların maaşları yüksək olmalıdır.

“Hakimlərin maaşları yüksək deyil. Onların maaşlarının artırılmasına ehtiyac var.”

İntiqam Əliyev eyni zamanda hakimlərin maaşlarının artırılmasının korrupsiyanın aradan qaldırılmasına kömək etməyəcəyini düşünür.

“Əmək haqlarının 10-15 min manat olması belə korrupsiyanın aradan qaldırılmasına kömək etməyəcək. Çünki Azərbaycanda hakimlərin müstəqli olmamasının kökündə duran əsas məsələ sistemin problemləri ilə bağlıdır. Yəni hakimlər, məhkəmələr mustəqil deyil, sifarişi yerinə yetirirlər. O anlamda hakimin maaşının qaldırılması korrupsiyanı aradan qaldırmayacaq,” o qeyd edib.

Əmək haqlarının 10-15 min manat olması belə korrupsiyanın aradan qaldırılmasına kömək etməyəcək. Çünki Azərbaycanda hakimlərin müstəqli olmamasının kökündə duran əsas məsələ sistemin problemləri ilə bağlıdır.

İntiqam Əliyev, hüquqşünas

Onun fikrincə, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsi ölkədə instutisional dəyişikliklərin zəruriliyini önə çıxarır.

“Bu olmadan hakim sifariş də yerinə yetirəcək, rüşvət də alacaq, danışıb qərarlar da çıxaracaq. Problem məhkəmələrin və hakimlərin müstəqilliynin təmin edilməsindədir,” o qeyd edib.

Ekspert “ölkədə məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi üçün nə edilməlidir?” sualının cavabında deyib ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda məhkəmələrin müstəqil olmadığını bildirir.

“Avropa Məhkəməsinin saysı-hesabsız qərarları da dolayısı ilə Azərbaycanda məhkəmə sisteminin müstəqliyyini çox ciddi şübhə altına alır. Yəni, burada qərarların qanun və ədalət əsasında çıxarılmadığı barədə Avropa Məhkəməsinin qərarlarında çox ciddi mesajları var.”

O hesab edir ki, ölkədə məhkəmələrin müstəqilliyinə siyasi iradə olmalıdır.

“Məsələn, o istəməlidir ki, seçki saxtalaşdırılırsa məhkəmə baxıb ona qanuni qiymət versin. Yaxud insanlara işgəncə verilirsə, jurnalistin boğazına bıçaq dirənilirsə, hansısa kəsimə mənsub olduğuna görə cinsi azlığı qətlə yetirirlərsə, eləcə də medianı bağlayırlarsa, jurnalistin ağzını yumurlarsa, bu halda Azərbaycan hakimiyyəti məhkəmələrin müstəqilliyini istəyirmi? Yənu avtoritar hökumətlər bunu istəyirmi? Əgər bunu istəmirsə, hakimin maaşını artırmaqla problemi aradan qaldırmaq mümkün olmayacaq. Ölkədə müstəqil məhkəmə olması üçün müstəqil parlament olmalıdır, ədalətli seçkilər keçirilməlidir, güclü media, güclü vətəndaş cəmiyyəti olmalıdır. Bunlar yoxdursa, hakimlər əvvəlki kimi sifarişləri yerinə yetirən kimi qalacaq,” ekspert qeyd edib.

İntiqam Əliyev hesab edir ki, avtoritar ölkələrdə siyasi sifarişli məhkəmə qərarlarının aradan qaldırılması mümkün deyil.

“O ölkələrdəki məhkəmə müstəqil deyil, parlament müstəqil deyil, hakimiyyətin bölgüsü yoxdur, siyasi pluralizm, vətəndaş cəmiyyətləri yoxdursa, orada bu durum qalacaq, onu aradan qaldırmaq heç cür mümkün deyil. Nə isə edəcəklərsə dekorasiya, beynəlxalq təşkilatlara hesabat üçün olacaq. Amma mahiyyətcə məhkəmələr icra hakimiyyətinin əlavəsi olaraq qalacaq,” o qeyd edib.

Bununla yanaşı, Azərbaycan rəsmiləri ölkədə məhkəmə sisteminin müstəqilliynin təmin edildiyini bildirib.

Dövlət başçısının təşəbbüsü ilə qəbul edilən qanunlarla məhkəmə hakimiyyətinin müstəqilliyi daha da möhkəmlənib.

Fikrət Məmmədov, ədliyyə naziri

Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, dövlət başçısının təşəbbüsü ilə qəbul edilən qanunlarla məhkəmə hakimiyyətinin müstəqilliyi daha da möhkəmlənib, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri xeyli genişləndirilib, o cümlədən hakimlərin təyinatında, səlahiyyətlərinə xitam verilməsində, onların fəaliyyətinə kənar müdaxilələrin qarşısı alınıb.

“Eyni zamanda, hakim korpusunun mənəvi cəhətdən saf, yüksək peşə hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi, hakimlərin seçimində korrupsiya və digər neqativ halların qarşısının alınması məqsədilə nüfuzlu Avropa strukturları tərəfindən örnək kimi qiymətləndirilən yeni təcrübə - çoxmərhələli seçim proseduru yaradılıb ki, bu təcrübənin tətbiqi nəticəsində hakim korpusu 60 faiz təzələnib. Hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipal qiymətləndirilməsi işi yenidən qurulub, müvafiq təlimat və əhatəli rəy formaları hazırlanıb,” o qeyd edib.


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda bu şəxslərin maaşları artırıldı (SİYAHI)

    Azərbaycanda bu şəxslərin maaşları artırıldı ...

    4-05-2018, 16:28

  • 
  • DEPUTAT YENƏ MAAŞININ AZLIĞINDAN GİLEYLƏNDİ - Tahir Kərimli: "Müavinət vəzifə maaşı ilə əvəz olunsun"

    DEPUTAT YENƏ MAAŞININ AZLIĞINDAN GİLEYLƏNDİ - ...

    27-06-2019, 15:18

  • 
  • Yeni deputatlar bu qədər maaş alacaq

    Yeni deputatlar bu qədər maaş alacaq ...

    12-02-2020, 12:00

  • 
  • Deputatlar tətilə çıxır: MƏZUNİYYƏT PULLARI AÇIQLANDI

    Deputatlar tətilə çıxır: MƏZUNİYYƏT PULLARI ...

    13-07-2017, 12:50

  • 
  • MSK sədrinin seçki komissiyaları üzvlərinin maaşları artırıldı

    MSK sədrinin seçki komissiyaları üzvlərinin ...

    14-01-2014, 12:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu