Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycana meymunçiçəyi peyvəndi də gətirildi? - AÇIQLAMA
Dünyada meymunçiçəyi yayılmaqda davam edir. Xəsətlikdən qorunmaq vasitəsi olaraq əsasən peyvənd gündəmə gəlir.
ABŞ-da meymunçiçəyi xəstəliyinin yayılmasına cavab olaraq on minlərlə doza peyvəndi paylamağa başlamağı planlaşdırır. Peyvəndin dozaları ən çox təsdiqlənmiş halların olduğu ştatlar arasında paylanacaq.
Bəs Azərbaycanda meymunçiçəyi peyvəndi varmı? Gundemxeber.az-ın məlumatına görə, Səhiyyə Nazirliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, meymunçiçəyi virusunun yeganə peyvəndi “Jynneos”un hazırda yoluxma faktı təsdiqlənən ölkələrə verilməsi planlaşdırılır.
Qurumdan bu peyvəndin Federal tənzimləyicilər tərəfindən xüsusi olaraq təsdiqlənmiş yeganə peyvənd olduğu deyilib. Səhiyyə Nazirliyinin məlumatında ölkəmizdə bu günə qədər meymunçiçəyi virusuna yoluxma halının qeydə alınmaması da öz əksini tapıb.
Bu isə onu deməyə əsas verir ki, Azərbaycana hələlik meymunçiəyinə qarşı peyvənd gətirilməyib.
Gundemxeber.az
29-06-2022, 11:18
22-06-2022, 15:51
20-06-2022, 11:33
11-08-2020, 13:40
30-04-2021, 15:38
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?