Azərbaycanlı tələbələr üç ölkədən olan həmyaşıdları ilə birlikdə tarixdə ilk dəfə keçirilən Səfirlərin Yay İş Səyahəti Proqramında iştirak edirlər. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, yay ayları zamanı Amerika Birləşmiş Ştatlarının müxtəlif yerlərində işləyəcək tələbələr amerikalılarla görüşmək və ABŞ-dakı həyat haqqında daha ətraflı öyrənmək imkanı əldə edəcəklər.
"İş yerlərinə yola düşməzdən öncə onlar Nyu Yorkda keçiriləcək münaqişələrin həlli, media savadlılığı və dezinformasiya üzrə təlim seminarında iştirak edəcəklər", səfirlik bildirir.
ABŞ səfirliyinin digər məlumatına görə isə, ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçi Liderlik Proqramının (IVLP) tərkib hissəsi olaraq, qadınların səlahiyyətlərinin artırılması üzrə beş nəfərdən ibarət bir qrup Qadın Liderlik Proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında səfərdədir.
"ABŞ-da olarkən onlar sosial ədalət və vətəndaş hüquqlarının müdafiəsi və qadınların səlahiyyətlərinin artırılmasına dəstək məqsədi ilə vətəndaş cəmiyyətinin, o cümlədən beynəlxalq və milli QHT-lərin, regional və yerli təşkilatların təcrübələri ilə yaxından tanış olacaqlar" , xəbərdə qeyd edilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?