Gundemxeber.az » Ölkə » Cəmiyyət » Türkiyəli mütəxəssis azərbaycanlı hakimlərə sədr təyin olundu
AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Gundemxeber.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra 4 qərar qəbul olunub:
1. Türkiyəli mütəxəssis Barış Şimşək 2 il müddətinə AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunsun.
2. Samir Əliyev bir seçmə mərhələ müddətinə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunsun.
3. “Sabah” FK-nın əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı AFFA-ya müraciəti müsbət cavablandırılsın.
4. Region Liqası komandalarının Birinci Divizionda çıxış edə bilməsi üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası tərəfindən meyarlar müəyyənləşdirilsin. Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023-cü illər mövsümündə Birinci Divizionda iştirakı təmin olunsun.
Gundemxeber.az
12-03-2019, 15:01
4-11-2017, 16:20
1-12-2017, 14:15
8-05-2021, 13:52
14-02-2018, 20:39
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?