GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bir neçə günə eyni ünvanda 5 şirkət yaradıb 300 minlik tenderlərin qalibi oldu

Bir neçə günə eyni ünvanda 5 şirkət yaradıb 300 minlik tenderlərin qalibi oldu

Tarix: 15-07-2022, 17:15 Bölmə :Cəmiyyət Baxış: 280


2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin nəticəsinə əsasən "Yufon-Ko" MMC (VÖEN- 1703281211) 2 nömrəli Bakı Baza Tibb Kollecinin sifarişilə abadlaşdırma xidmətləri göstərəcək və qarşılığında 16 min 791 manat alacaq.

Məlumat üçün bildirək ki, "Yufon-Ko" MMC eyni zamanda “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nə 143 min 116 manat dəyərində də xidmətlər təqdim edəcək. Bu xidmətlərə dəyirmi masaların təşkil olunması, “İctimai səhiyyə” adlı feysbuk canlı yayınların təşkili, Tütün üzrə maarifləndirici tədbirlər, “İctimai sağlamlığın əsasları”, Klinik protokollar və Ailə, uşaq və qadın komitə ilə birgə təlimlərin keçirilməsinin təşkili, EBMG protokollarının yenilənməsi, Simptomların yoxlanması proqramının prototipinin tətbiqi, Reproduktiv sağlamlıq tətbiqinin təkmilləşdirilməsi, Qurd invaziyası hallarının azaldılması, “COSİ” layihəsi üçün təhlil işlərinin aparılması, Ümumdünya Ürək günü, Diabet günü və Ümumdünya QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbirlərin təşkili daxildir.

Tender müsabiqələrində diqqət çəkən məqam odur ki, son bir ayda 160 min manatlıq 2 tenderin qalibi olan şirkət tender elanından cəmi 20 gün əvvəl dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 10 manat olan "Yufon-Ko" MMC 13 aprel 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” isə tender elanının 5 may tarixində açıqlayıb. Hüquqi ünvanı “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” yerləşən şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil. MMC-nin qanuni təmsilçisi Kərimov Bəxtiyar Əvəz oğludur.

Qeyd edək ki, aprel ayında “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında Kərimov Bəxtiyar Əvəz oğlunun qanuni təmsilçi olduğu "Bosfor LM" , “Ural As Servıs”, “Tean LM” və “Qurman TV Servs” adlı daha 4 şirkət qeydiyyatdan keçirib.

Bu şirkətlərdən biri - "Yufon-Ko" MMC ilə eyni gündə (13 aprel 2022-ci il) tarixində dövlət qeydiyyatına alınan "Bosfor LM" MMC (VÖEN-703281341) son bir ayda 2 nömrəli Bakı Baza Tibb Kollecinin 15 min 769 manat 69 qəpiklik, “Azərbaycan Dəmir Yolları” QSC-nin 30 min 705 manatlıq, AMEA-nın 32 min manatlıq, “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin isə 53 min 537 manat 50 qəpiklik tenderində qalib olub.

Maraqlı məqamlardan biri də odur ki, son aylarda “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında yüzlərlə şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.

Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender elanından cəmi bir-iki ay əvvəl eyni şəxs tərəfindən, eyni ünvanlarda yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin eyni qurumların keçirdiyi tenderlərdə necə qalib olduğu aydın deyil.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MİDA-dan daha bir şübhəli tender... - Başqası yox idimi?..

    MİDA-dan daha bir şübhəli tender... - Başqası yox ...

    1-09-2020, 15:06

  • 
  • 9 gün əvvəl şirkət yaradıb Dəmir Yolundan 45 min manatlıq tender udan kimdir?

    9 gün əvvəl şirkət yaradıb Dəmir Yolundan 45 min ...

    15-04-2021, 17:47

  • 
  • Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət tenderin qalibi olub, 49 min pul aldı… – FOTOFAKT

    Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət ...

    14-06-2021, 16:50

  • 
  • 110 min manatlıq ŞÜBHƏLİ TENDER - Qalibi olan iş adamını sabiq nazir və keçmiş millət vəkililə nə birləşdirir?

    110 min manatlıq ŞÜBHƏLİ TENDER - Qalibi olan iş ...

    20-08-2020, 13:15

  • 
  • Vüsal Kərimlinin daha bir şübhəli tenderi... - 2 aylıq şirkətə 2,1 milyon manat ödəyəcək

    Vüsal Kərimlinin daha bir şübhəli tenderi... - 2 ...

    6-07-2020, 14:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (311)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu