Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sərhədçilər narkokuryer rolunda
Dörd sərhədçinin narkokuryer olduğu müəyyən edilib. Bu, Dövlət Sərhəd Xidmətinin 22 iyul tarixli məlumatından aydın olur.
İdarənin məlumatına görə, iyul ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilmiş 4 bağlama aşkar olunub.
Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılıb.
Tutulmuş şəxslərin "işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçuları olduqları" müəyyən edilib.
Cinayətin təşlikatçısının Bərdə rayon sakini, 1998-ci il təvəllüdlü Xəlili Hikmət olduğu müəyyən edilib.
Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram "marixuana", 7 kq 600 qram "heroin", 400 qram "metamfetamin") və psixotrop tərkibli dərmanlara ("Metadon-40" 1980 həb və "Preqobalin-150" 12465 həb) bənzər maddələrin olması müəyyənləşdirilib.
Məlumatdan Xəlilinin saxlanılan hərbi qulluqçulardan biri olub-olmadığı aydın deyil. Dörd sərhədçinin adı açıqlanmır. Həmçinin, cinayət işinin hansı maddə ilə açıldığı barədə məlumat verilmir
Gundemxeber.az
28-07-2020, 11:21
11-02-2019, 13:42
20-07-2020, 10:57
11-03-2021, 11:33
21-05-2021, 12:32
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?