GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Bizə təhqiredici, alçaldıcı münasibət göstərdilər” - Jurnalist nazirliyi ifşa etdi

“Bizə təhqiredici, alçaldıcı münasibət göstərdilər” - Jurnalist nazirliyi ifşa etdi

Tarix: 1-08-2022, 18:17 Bölmə :Cəmiyyət Baxış: 159

"Festival adı altında keçirilən bu biabırçılıq heç kimə lazım deyil. Təşkilatçılar bunun hesabatını verməlidir".

Gundemxeber.az xəbər verir ki, bunu bakupost.az -a açıqlamasında Kulis.az saytının redaktoru, yazıçı, jurnalist Samirə Əşrəf ötən gün keçirilən ll Yaylaq Festivalı ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, festivalda həm təşkilatçılıq, həm də proqram bərbad vəziyyətdə olub:

"Festivala öz razılığım, istəyimlə getmişəm. Məzuniyyətdə idim və istəyirdim ki, şəhərdən kənara çıxım. Mədəni bir tədbirdə iştirak edim. Əslən qarabağlıyam, ona görə festival, tərəkəmə həyatı, eyni zamanda yazıçı olduğum üçün mənə maraqlı gəldi.

Düşünürdüm ki, orada rahatlıq taparıq.

Gülə-gülə səhər saat 06:15-də avtobusla yola çıxdıq.

Əvvəla, Mədəniyyət Nazirliyinin bizə ayırdığı avtobus çox bərbad vəziyyətdə idi. Hesabla biz ora saat 12:00-da çatmalı idik, lakin saat 14:00-da çatdıq.

Təsəvvür edin ki, çox böyük tıxac, maşınlar, avtobuslar ard-arda dayanıb.

Yaylağa doğru qalxanda isə saat 14:30 olardı. Bizə tədbirin proqramı göndərilmişdi. Orada konsert, nahar vaxtı, şam yeməyi və harada qalacağımız yer qeyd olunmuşdu.

Saat 16:00-16:15 olardı ki, nə nahar, nə oturmağa bir yer vardı. Demək olar ki, ortalıqda qaldıq. Bir az şəkillər çəkdirdik ki, başımız qarışsın.

Heç bir konsert, mədəni, sivil formada keçirilən yığıncaq yox idi. 2-3 çadır qurulub, onun da içərisinə aktyorlar girib soyunub-geyinirdilər. Ortada bom-boş səhnə yaradılıb, amma heç nə göstərilmir.

Bununla bərabər yuxarıda guya, bir səhnə qurublar, neçə saatdan sonra Şuşa Dövlət Dram Teatrı bir tamaşa göstərdi. Çox biabırçı vəziyyət, abu-hava var idi.

Aktyorlarlar teatr sənəti adına biabırçı bir səhnəcik təşkil etmişdilər.

Daha sonra orada nə baş verdiyini bilmədim. Naharımız 16:30-a gəlib bizə çatdı. Bununla əlaqələndirdilər ki, nazirlik gəldiyinə görə yolda tıxac yarandığı üçün, nahar gecikib. Nahar da çörəyin arasında toyuğun sinə əti, bir-iki xiyar, heç pomidor, göyərtisini belə vurmamışdılar.

Ona qədər öz vəsaitimizlə orada qidalanmışdıq. Bizim hər birimiz bir media qurumunu təmsil edirik, lakin oturmağa bir yer tapa bilmirdik ki, nəsə yazaq. Hətta çayçı bizə deyirdi ki, əgər çay içərsizsə otura bilərsiz".

Samirə Əşrəf bildirib ki, festivalda hər şey iki qat baha qiymətə olub:

"Demək olar ki, hamısı pullu və ikiqat qiymətinə idi. Təsəvvür edin, qutablar, tələm-tələsik, natəmiz vəziyyətdə bişirilir. Qazanların ətrafında milçəklər doluşub, bir sözlə bərbad bir görüntü vardı. Axırda təpənin birində oturub, konsertin olacağını gözləyirdik, lakin heç bir şey olmadı. Yenidən qayıtdıq avtobusda oturduq. Daha sonra yağış yağmağa başladı. Saat 21:00 olardı. Baş ağrısı, təzyiq, halı pisləşən, bir sözlə aləm dəyib bir-birinə. Yağış başlayandan sonra Mədəniyyət Nazirliyinin bizə təhkim olunmuş avtobusun sürücüsü gəldi ki, mən sürə bilmərəm. Bu, başadüşüləndir. Çünki yağışlı havada avtobus gedə bilməzdi. Hətta balaca maşınlar belə yolda qalmışdı".

Jurnalist bildirib ki, nazirliyin və digər aidiyyəti qurumların bacarıqsızlığı, hərisliyi, hörmətsizliyi hesabına festival iştirakçıları böyük əziyyət çəkiblər, çıxılmaz vəziyyətdə qalıblar:

"Problem odur ki, birincisi, hava şəraiti, ikincisi, relyef nəzərə alınmalı idi. Söhbət təkcə bizdən getmir. Orda yüzlərlə-minlərlə insan maşınlarda qaldılar. Yollara qum səpilməli, müxtəlif tədbirlər görülməli idi. Qazilərimiz, öz hesabına gəlmiş adamların hamısı dağın başında, palçığın içində qalmışdı.

Media nümayəndələri tələb etdik ki, bizi bura dəvət edənlər köməkçi vasitələr - CİP, niva göndərsin ki, heç olmasa hissə-hissə adamları çıxartsınlar. Bütün cəhdlərimiz boşa getdi və heç bir nəticə olmadı.

Təsəvvür edin biz avtobusun işığını yandıra bilmirik, hava yox, isti, yağış olduğu üçün pəncərələri aça bilmirik. Boğanaq şəraitdə, əsəb-stressli vəziyyətdə idik.

Axırda jurnalistlər avtobusdan düşərək hissə-hissə piyada yola düşdülər. Bizə konkret deyildi ki, yol nə vaxt quruyacaq ondan sonra avtobus yola düşəcək. Yəni, bizə deyilmədi ki, oturub gözləyin sizi aparmağa maşın gələcək. Gördük camaat gedir, biz də onlara qoşularaq yavaş-yavaş polislərin yanına gəldik. Polislər bizi nəhayət, bir hostelə gətirdilər. Nə hamam, nə ayaqyolu vardı. Mən öz şəxsi əlaqələrim vasitəsilə gecəni orda qalmadıq. İki-üç jurnalist isə hosteldə qaldı. Biz gecəni qohum evində qalmışıq. İndi də hələ bizə deyirlər ki, siz bizi dinləməyib getdiyinizə görə bizimlə gələn avtobusda getməyəcəksiz. Musiqili Dram Teatrının avtobusu ilə saat 1 də onunla gedərsiz. Bizə qarşı belə təhqiredici, alçaldıcı bir vəziyyət vardı. Zəhmət çəkib qurumlar büdcədən festivala ayrılan vəsaiti açıqlasınlar, eyni zamanda bizdən üzr istəsinlər".


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu festival hələ çox danışılacaq - Fotolar

    Bu festival hələ çox danışılacaq - Fotolar ...

    16-04-2018, 20:27

  • 
  • Sabah onlar Vaqifsayağı geyinəcək, parik taxacaq, bığ qoyacaqlar

    Sabah onlar Vaqifsayağı geyinəcək, parik taxacaq, ...

    15-03-2015, 15:22

  • 
  • Nar Festivalında 300 minlik qalmaqal:"Sizin nə haqqınız var ki, araşdırma aparırsız?" - MÜƏMMA

    Nar Festivalında 300 minlik qalmaqal:"Sizin ...

    6-11-2018, 15:22

  • 
  • ADMİU-nun tələbələri Milli Yaylaq Festivalında iştirak edib - FOTOLAR

    ADMİU-nun tələbələri Milli Yaylaq Festivalında ...

    29-07-2019, 20:41

  • 
  • David Cameron müxalifət tərəfdarlarının festivalda çəkdirdiyi fotolara düşüb

    David Cameron müxalifət tərəfdarlarının ...

    7-08-2017, 18:06


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (121)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu