Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xırdalanda yaşayış binasında partlayış olub, xəsarət alanlar var - Yenilənib
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbindən TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.
Hazırda onların vəziyyətləri ağır sabitdir.
Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
***
Baku TV Xırdalanda baş verən partlayışla bağlı hadisə yerindən canlı yayıma çıxıb.
Məlumata görə. aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.
***
Xırdalanda baş yaşayış binasında baş verən partlayışda iki nəfər xəsarət alıb.
Yaralılar Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
***
Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən verilən xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Xırdalan şəhərində yaşayış binasında partlayış baş verib.
Hadisə Xırdalan şəhərində yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində olub.
İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.
Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.
Ətraflı məlumat veriləcək.
GUNDEMXEBER.AZ
23-12-2017, 13:13
12-12-2013, 19:30
11-01-2015, 11:52
26-01-2021, 14:04
25-01-2021, 19:11
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?