Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vədlərini yerinə yetirməyən Ermənistan - ölkəni idarə edə bilməyən hökumət - ŞƏRH

Heç şübhəsiz, rəsmi İrəvan torpaqları işğal altında saxlayanda da, indi də Azərbaycanla bağlı iddialarında haqlı deyil. Ermənistan və havadarlarının anlamaq istəmədiyi bir aksioma var: Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının bölünməz tərkib hissəsidir. Ərazisində öz vətəndaşlarının hüquqlarını müdafiə etmək isə Azərbaycanın müstəsna hüququdur. Vətəndaşları ilə münasibətləri tənzimləmək, yaxud onların təhlükəsizliyini təmin etmək üçün vasitəçiyə ehtiyac yoxdur. Ancaq Ermənistan şərtlərə əməl etməməklə Cənub Qafqazda əməkdaşlığın və əlaqələrin qurulması, iqtisadiyyatın inkişafı, təhlükəsizliyin təmin edilməsinə mane olur.
Bu sayaq informasiyalar Ermənistanda xaosun, mövcud hökumətin hadisələrə nəzarət, vədlərinə əməl edə bilmədiyini ehtimal etməyə əsas verir. Belə hesab etmək olar ki, Ermənistanı Nikol Paşinyan hökuməti deyil, kənar qüvvə idarə edir. Bu qüvvənin çaldığı zurnanın havasına Ermənistanın həm hakimiyyəti, həm də koçaryanlar, sarqsyanlar, vanesyanlardan ibarət müxalifəti oynayır. Əks halda bölgədə Ermənistanın və ermənilərin də faydalana biləcəyi böyük quruculuq işlərinə süni, mənasız, məntiqsiz maneələr yaranmazdı...SƏDRƏDDİN İSMAYILOV
2-07-2018, 09:14
17-04-2019, 12:06
24-11-2017, 13:30
9-08-2017, 13:32
11-10-2020, 18:13
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?