Bakıda "Heydər" məscidinin girişində şlaqbaumun qoyulub, avtomobillərin içəri ödənişli daxil olmasıyla bağlı xəbərlər yayılıb, fotolar dərc olunub.
Məscidin ətrafındakı parkinqində maşın saxlamağın qiymətinin 3 saatının isə 1 manat olduğu deyilir. GUNDEMXEBER.AZ xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-ya məscidin axundu Rüfət Qarayev danışıb. O bildirib ki, məsələnin "Heydər" məscidinə aidiyyəti yoxdur:
"Şlaqbaumlar mərasim evinə gələn maşınlar üçün nəzərdə tutulub. Mərasimə, yaxud da məscidə gələnlərdən maşınını orda saxlamaq istəyənlərə aiddir. "Heydər" məscidi ətrafında kimdənsə parkinq pulu alınmır". Axund bildirib ki, həmin mərasim evi ilə məscidin heç bir əlaqəsi yoxdur: "Bunu reytinq xətrinə məscidin adından veriblər".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?