GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Reklam və yalançı vədlərlə aldadıldıq” – Xırdalandakı yeni binadan şikayət

“Reklam və yalançı vədlərlə aldadıldıq” – Xırdalandakı yeni binadan şikayət

Tarix: 16-08-2022, 11:24 Bölmə :Cəmiyyət Baxış: 195


Xırdalan şəhərinin mərkəzində, “Heydər parkı”nın qarşısındakı yeni binada yaşayan sakinlər redaksiyamıza şikayət məktubu ünvanlayıb. Onlar bildirirlər ki, tikintisi 2006-cı ildən başlayan 21 mərtəbəli (layihə üzrə isə 18 mərtəbəli) yaşayış binası vətəndaşların istifadəsinə verilsə də, binanın tamamlama işləri yekunlaşmayıb, binada yaşayanlar isə ciddi problemlərlə qarşılaşıblar.

Sakinlərin sözlərinə görə, “MV İnşaat” MMC-nin vaxtilə payladığı bukletlərdə yazılıbmış ki, şirkət tam yararlı və yüksək keyfiyyətli bina inşa edəcək. Vəd edilibmiş ki, qaz, işıq su sayğacları, 3 ədəd İtaliya istehsalı olan lift quraşdırılacaq, zirzəmidə avtomobil dayanacaqları, qəza elektrik generatorları, mərkəzləşdirilmiş istilik sistemi olacaq. Vətəndaşlar iddia edirlər ki, bu vədlərə əməl edilməyib, insanlar reklam və yalançı vədlərlə aldadılıb.

Məktubda qeyd edilir ki, mənzilləri alan vətəndaşlardan külli miqdarda pul vəsaitinin qəbul edilməsi müqabilində vergi qanunvericiliyi tələblərinə uyğun ciddi maliyyə sənədi, o cümlədən şirkətə aid rəsmi kassa mədaxil orderləri təqdim edilməyib, nəticədə külli miqdarda vəsait vergidən yayındırılıb.

Məktubda daha sonra yazılır:

“Bundan başqa, bütün sakinlərin mülkiyyət hüquqları pozulmuş və mənzil sahibləri hələ də mülkiyyət hüququnu təsdiq edən sənədlə (çıxarışla) təmin edilməyib. Daha acınacaqlısı isə mənzillərdə yaşayanlardan heç kimin yaşadıqları mənzillərinə qeydiyya alınmamasıdır ki, bu da “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun ciddi şəkildə pozulmasıdır. Binada yaşayan sakinlərin qeydiyyata alınmaması onların həmin ərazi üzrə seçici siyahısına düşməməsinə səbəb olub. Bu isə həmin sakinlərin seçki hüququnu məhdudlaşdırmaqla, onların konstitutsiya hüququnun kobud şəkildə pozulmasına şərait yaradıb”.

Sakinlər bildirirlər ki, binada sakinləri narahat edən ciddi problemlər mövcuddur. Layihədə nəzərdə tutulmuş “Montanari” markalı İtaliya istehsalı olan sürətli 1 ədəd yük və 2 ədəd sərnişin liftlərinin əvəzinə markası məlum olmayan aşağı keyfiyyətli iki lift (sərnişin və yük) təhlükəsizlik qaydalarına əməl edilmədən, standartlara uyğun olmayaq quraşdırılıb. Lift tez-tez bu və digər səbəblərdən sıradan çıxır, sakinlər dəfələrlə gözlənilmədən dayanan liftdə qalmalı olurlar. Üçüncü lift isə ümumiyyətlə, quraşdırılmayıb, hər mərtədəbədə liftə giriş qapıları diktlərlə qapadılıb. Sakinlərin iddiasına görə, həmin binaların mərtəbələrarası pilləkənləri bərbad vəziyyətdədir, daxili divarlara boya çəkilməyib. Ehtiyat su anbarı vaxtında təmizlənmir, komunnal xidmət göstərən işçilər yoxdur, ayrıca elektrik transformatoru, fövqəladə hallar üçün nəzərdə tutlmuş generator yoxdur, binanın həyəti bərbad vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, hər mənzil üçün standarta uğyun olan elektrik sayğaclarının olmaması səbəbindən sakinlərdən elektron qaimə faktura ödəmədən hər kv/saat üçün 0.11 AZN-dən (qeyri-əhali üçün tarif üzrə) pul toplanır. Əvəzində isə heç bir hüquqi və maliyyə yükü olmayan kağız “qəbzlər” təqdim olunur. Bu “sənəd” komunnal ödənişlər üçün də tətbiq edilir. Halbuki, sakinlərdən elektrik sayğacları da daxil olmaqla əlavə olaraq 850 AZN alınıb və əvəzində heç bir sənəd təqdim olunmayıb. Binanın həyətinin balaca olması isə həm avtomobillərin saxlanılmasına, həm də Təcili Tibbi Yardım maşınlarının həyətə daxil olmasına mane olur.

Sakinlər sual edirlər: bu qədər problemi olan çoxmənzilli yaşayış binasının istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları 0420 nömrəli, 29 mart 2020-ci il tarixli rəyi hansı əsaslarla verilib. Eyni zamanda 31 mart 2020-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı tikinti obyektinin istismarına icazəni hansı yoxlamalar əsasında verib?

Sakinlər dəfələrlə “MV İnşaat” MMC-ni idarə edən şəxslərə Vurğun Kazimova və “komdedant” funksiyasını daşıyan Musa Məmmədova şikayət etsələr də, nəticəsi olmayıb. Biz də öz növbəmizdə şirkətin icracı direktoru Rüfət müəllimlə əlaqə saxlayıb, qarşı tərəfin də mövqeyini işıqlandırmaq istədik. Rüfət müəllim isə bizə Musa Məmmədovun nömrəsini verdi. Musa Məmmədovun cavabı isə belə oldu: “Mən artıq orada çalışmıram”. İcraçı direktorun öz iş yoldaşının işdən çıxmasından xəbərsiz olması bizə bir az təəccüblü görsəndi. //aztoday.az//

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakının mərkəzində 3 mərtəbəli bina yandı

    Bakının mərkəzində 3 mərtəbəli bina yandı ...

    4-02-2014, 12:05

  • 
  • “Cənnət” MTK sakinləri cəhənnəçdə yaşadır - Şikayət

    “Cənnət” MTK sakinləri cəhənnəçdə yaşadır - ...

    13-10-2014, 18:18

  • 
  • Bakıda bu da oldu: yaşadığı binada özünə şəxsi lift tikdirir - (Fotolar)

    Bakıda bu da oldu: yaşadığı binada özünə şəxsi ...

    29-10-2014, 21:19

  • 
  • “Sahil - S İnşaat” MTK sakinləri aldadır - NARAZILIQ!

    “Sahil - S İnşaat” MTK sakinləri aldadır - ...

    30-06-2021, 11:27

  • 
  • Bakıda 3-mərtəbəli binada yanğın olub

    Bakıda 3-mərtəbəli binada yanğın olub ...

    2-01-2016, 19:12


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu