Azərbaycan Ordusunun Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Basqaldakı çıxışı hər bir azərbaycanlı kimi mənimdə içimə sığmayan hədsiz sevinc və qürur yaratdı.
Az sonra, Laçın rayonunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə qanunsuz məskunlaşdırılmış ermənilərin hazırda oradan köçürülməsi 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanat çərçivəsində həyata keçirilməsi, bununla əlaqədar olaraq dövlətimizin başçısı otuz ilə yaxın məcburi köçkün vəziyyətində yaşayan Laçın şəhəri, Zabux və Sus kəndləri sakinlərinin qayıdışa hazırlanması barədə tapşırıq verdiyini eşitməyin nə qədər qürurverici olduğunu sözlə ifadə etmək olduqca çətindir.
16 avqust 2022-ci il tarixdə Laçın Şəhər İcra Nümayəndəliyindən mənə zəng edib saat üçdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın şəhər ziyalıları ilə nəzərdə tutulan görüşə mənim də dəvətli olduğum bildirildi. Mən gün ərzində planlaşdırılmış bütün işlərimi bir kənara qoyub dəvət olunduğum görüşə yollandım. Lakin görüşə gedərkən orada rastlaşdığım mənzərə məni şok etdi. Buraya qədər yaşadığım qürur və sevin hissi elə bil daşa çırpıldı.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qapısı ağzında mühafizəçi mənim adımın siyahıda olmadığını bildirdi. Mən kənara çəkildim və qapının yanında xeyli insanların toplaşdığını görüb onlara yanaşdım. Onlarda mənim kimi adları siyahıda olmayanlar idi. Adları siyahıda olmayanların içərisində Laçın Şəhər İcra Nümayəndəsi Oktay müəllimi və onun müavini Rasim müəllimi görəndə lap “matım qutum” qurudu. Məlum oldu ki burada iki siyahı olub “Qaçqınkom”un tərtib etdikləri siyahı və Laçın Şəhər İcra Nümayəndəliyinin siyahısı. Sən demə keçərli olan da elə “Qaçqınkom”un öz siyahısı imiş.
Narazılıq yaranmasın deyə bizi (Laçın Şəhər İcra Nümayəndəliyi tərəfindən dəvət olunanları) “Qaçqınkom”un binalarının içərisində bağa dəvət edib oyturub sakitləməyimizi xahiş etdilər. 30-40 dəqiqə sonra bizimdə nəzərdə tutulan görüşə qatılmağımıza razılıq gəldi. Lakin görüşdə çıxışlar zamanı yalnız “Qaçqınkom”un nümayəndələri tərəfindən hazırlanmış xüsusi adamlara söz verilirdi.
Çox təsüf ki nə Laçın Şəhər İcra Nümayəndəsinə nə onun müavininə və nədə bu qurumu təmsil edən Dövlət qurumunun digər nümayəndələrinə söz verilmədi. Halbuki Laçın şəhər sakinləri və onlara məxsus əmlak, Laçının sosial, komunnal, təhsil, mədəniyyət və digər sahələrinə aid hesabatlar və statistik məlumatlar bu qurum tərəfindən hazırlanır.
Mən dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əməkdaşlarının ev “bölgüləri” və digər başqa məsələlər barədə neqativ hallara yol verildiyini eşitmişdim. Lakin bir rayonun ziyalılarına qarşı ikili münasibət və hörmətsizliklə ilk dəfə idi rastlaşırdım.
Mən burada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin özündən razı bəzi əməkdaşlarına xatırlatmaq istəyirəm, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev heç bir neqativ hallarla barışmır. Onun məmurlara etdiyi bütün xəbərdarlıqlar qanuni qüvvəsini saxlayır.
Faiq İsmayılov
Avroasiya Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin fəxri professoru.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?