GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hesablama Palatası Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlayıb

Hesablama Palatası Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlayıb

Tarix: 22-08-2022, 09:43 Bölmə :Cəmiyyət Baxış: 205


Hesablama Palatası Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlayıb.

Bu barədə Azərbaycan Hesablama Palatasının Gənclər və İdman Nazirliyində keçirdiyi audit yoxlamasının nəticələrində qeyd edilib.

Bildirilib ki, 2020-ci ilin may ayında sökülən tikililərə görə Gənclər və İdman Nazirlik tərəfindən ümumilikdə 26,9 min manat sığorta haqqı ödənilib, 2021-ci ilin yekunlarına görə ən yüksək nəticə göstərmiş idmançılar və onların məşqçilərinin mükafatlandırılması ilə sila bağlı ödənilmiş 464 min manat məbləğində vəsaitin icrası təmin edilməyərək hesabda saxlanılıb, xarici valyuta kurslarının 53 halda düzgün tətbiq edilməməsi hesabına 79,4 min manat əlavə büdcə vəsaitinin xərclənməsinə yol verilib, Azərbaycan Yelkənli İdman Federasiyasının "AGBank" ASC-də olan hesablaşma hesabına 20.04.2020-ci il tarixində 100 min manat məbləğində ödənilmiş vəsait həmin bankın 27.04.2020-ci il tarixdə bağlanması səbəbindən hesabda qalıb.

Hesabata görə, bir sıra idman federasiyaları, eləcə də idman məktəbi tərəfindən yığma komandanın üzvlərinin beynəlxalq yarışlara və Olimpiya oyunlarına hazırlanması, həmçinin federasiyanın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə maliyyə köməkliyinin göstərilməsi ilə bağlı etdiyi müraciətlər asasında təsdiq edilmiş büdcəsində nəzərdə tutulmasa da, Nazirlik tərəfindən təyinat dəyişikliyi edilərək 5 federasiya və 1 idman məktəbi üzrə ayrılmış xərclər smetasında nəzərdə tutulmayan ümumilikdə 435,1 min manat vəsaitin ayrılması təmin edilib.

Federasiyalara və idman məktəbləri ilə bağlanmış müqavilələr üzrə öhdəliklərin icrasına, həmçinin hesabatlılığa nəzarətin təmin edilməməsi ayrılmış vəsaitlər üzrə "məqsəd-nəticə" uyğunluğunun ədalətli müəyyənləşdirilməsi imkanlarını məhdudlaşdırıb.

Müxtəlif beynəlxalq yarışlara milli yığma komandaların lazımi səviyyədə hazırlığına şərait yaradılması məqsədilə təlim-məşq toplanışlarının təşkil olunması, eləcə də bir neçə yarışda iştirakla bağlı vəsaitlərin icrası zamanı milli yığmanın üzvü olmayan idmançının siyahıya daxil edilməsi, müraciətdə göstərilmiş müddətlərdən əlavə günlərin əhatə olunması, ezamiyyət günlərinin düzgün nəzərə alınmaması kimi nöqsanlar hesabına ümumilikdə 202,8 min manat artıq vəsait ödənilib.

Olimpiya və idman komplekslərinin daxilolmalarla bağlı istifadə imkanlarının tam və düzgün reallaşdırılmaması əlavə gəlirlərin əldə edilməsi imkanlarını məhdudlaşdırmaqla, idman komplekslərinin fəaliyyətinin əsasən dövlət büdcəsindən ayrılmış vəsait hesabına təmin edilməsinə səbəb olub.

Seçmə qaydada Respublika Olimpiya Mərkəzi üzrə toplanmış audit sübutları icarəyə verilmiş əmlak üzrə 32,8 min manat haqqın toplanılmadığını, dövlət əmlakının icarəyə verilməsi ilə bağlı hüquqi aktlarda əks olunmuş tələblərin reallaşdırılmaması və icarə haqlarının aşağı səviyyədə müəyyənləşməsi ilə bu istiqamətdə əlavə gəlirlərin əldə edilməsi imkanlarından istifadə olunmadığını deməyə əsas verir.

Yüksək nəticələr göstərmiş idmançıların mükafatlandırılması məqsədilə vəsaitlərin istifadəsi zamanı komanda hesabı ilə yer tutan, eləcə də qeyri-olimpiya proqramları üzrə dünya və Avropa çempionatları, həmçinin Kubok yarışlarında yüksək nəticələr göstərmiş idmançılar və onların məşqçilərinin mükafatlandırılması nəticəsində 125,2 min manat məbləğində vəsaitin təyinatı dəyişdirilib.

Gənclər siyasətinin həyata keçirilməsi məqsədilə müxtəlif mövzular üzrə layihələrin və tədbirlərin icrası zamanı ilin sonuna istifadə edilməmiş vəsaitin dövlət büdcəsinə geri qaytarılmaması məqsədilə avans məbləği ilə bağlı tələblərə əməl edilməyib, müqavilə şərtlərinin dəyişdirilməsi, son nəticədə, ayrılmış vəsaitin nəticəliliyinin və təyinatının müəyyənləşdirilməsi imkanlarını məhdudlaşdırıb.

Layihələrin və tədbirlərin həyata keçirilməsinə hazırlıq prosesində tələblərin düzgün müəyyənləşdirilməməsi, eləcə də mövcud potensialların dəyərləndirilməməsi səbəbindən daha baha qiymətlərin tətbiq olunması vəsaitlərin artıq istifadəsi ilə nəticələnib, bir neçə halda düzgün iddiaçının seçilməməsi layihələr üzrə öhdəliklərin üçüncü tərəfə ötürülməsinə səbəb olub. Qeyd edilənlər bu istiqamətdə 310,7 min manat artıq vəsaitin istifadəsinə yol açıb.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hesablama Palatası XİN-də maliyyə pozuntuları aşkarlayıb

    Hesablama Palatası XİN-də maliyyə pozuntuları ...

    1-04-2019, 21:04

  • 
  • Olimpiya qalibləri üçün mükafatlar artırıldı

    Olimpiya qalibləri üçün mükafatlar artırıldı ...

    27-05-2014, 09:59

  • 
  • Azad Rəhimovun fəaliyyəti yoxlanıldı

    Azad Rəhimovun fəaliyyəti yoxlanıldı ...

    2-02-2019, 12:34

  • 
  • Hesablama Palatası AZAL-ın işində nöqsanlar aşkarlayıb

    Hesablama Palatası AZAL-ın işində nöqsanlar ...

    30-01-2018, 21:47

  • 
  • İki nazirlikdə yoxlama aparılacaq

    İki nazirlikdə yoxlama aparılacaq ...

    17-01-2022, 20:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (363)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu