24 avqust Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Gundemxeber.az xəbər verir ki, səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqlar aparıb. Həmçinin səfər zamanı ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına yönəlmiş bir sıra mühüm sazişlər imzalanıb. Qazaxlı politoloq Zamir Karajanov Trend-ə bildirib ki, Qazaxıstanla Azərbaycan arasında çox isti və sıx münasibətlər mövcuddur. "Qazaxıstan Prezidentinin səfəri onu təsdiqləyir ki, inkişaf etdirdiyimiz etimad və əməkdaşlıq kifayət qədər yüksək səviyyədə qalır. Hazırkı səfər ölkələrimiz arasında münasibətlərin inkişaf tendensiyasını bir daha təsdiqləyir. Belə olan halda biz əməkdaşlığın genişləndirilməsinə və dərinləşməsinə yönəlmiş tendensiya görürük” - deyə o bildirib. İkitərəfli sənədlər siyahısının imzalanmasının vacibliyini şərh edən Karajanov qeyd edib ki, beləliklə, Qazaxıstan Azərbaycana arxayındı. "Qazaxıstan və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün təməl qoyulur" - deyə o bildirib. Karajanov qeyd edib ki, dövlət başçısının səfəri faktının özü artıq Qazaxıstanla Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir. “Ölkələrimiz arasında əlaqələr möhkəmlənməkdə davam edir. Gələcəkdə Azərbaycanla əməkdaşlığa daha çox üstünlük veriləcək”, - deyə politoloq bildirib. Hazırda dünyada geosiyasi vəziyyətin kifayət qədər mürəkkəb olduğunu qeyd edən nazir deyib ki, bununla bağlı mənfi təsirləri hiss edənlər sırasında Mərkəzi Asiya ölkələri də var. “Azərbaycan bizim üçün Avropaya və Türkiyəyə yol açır, bu, bizim üçün çox vacib məqamdır, çünki biz həm də taxıl ixrac edirik və bu məhsulu tədarük etmək istəyirik”, - Karajanov bildirib. Onun sözlərinə görə, bu mənada Azərbaycan Mərkəzi Asiya ölkələri üçün xüsusi əhəmiyyət kəsb edib. Öz növbəsində, İqtisadi Siyasət İnstitutunun direktoru, Qazaxıstan Respublikasının Prezidenti yanında İctimai Etimad Milli Şurasının üzvü Kairbek Arıstanbekov qeyd edib ki, təbii ki, Qazaxıstan Prezidentinin səfəri iki ölkə arasında münasibətlərdə əsas məqamdır. Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan Xəzəryanı dövlətlər arasında əməkdaşlıq çərçivəsində inteqrasiya olunub, ölkələr Türk Şurası vasitəsilə sıx əməkdaşlıq edir. Bu kontekstdə sazişlər paketinin imzalanması, şübhəsiz ki, həm Azərbaycanın, həm də Qazaxıstanın milli maraqlarını əks etdirir”, - Arıstanbekov bildirib. O, həmçinin qeyd edib ki, Azərbaycan Qazaxıstan məhsullarının Avropa bazarlarına çıxarılması üçün mühüm kanaldır. “Ona görə də biz əməkdaşlığımızı gücləndirməli, limanlarımızdan, ticarət-iqtisadi əlaqələrimizdən və s.-dən səmərəli istifadə etməliyik”, - deyə o bildirib. Beləliklə, Qazaxıstan prezidentinin Bakıya səfərinin ölkələrin ikitərəfli əməkdaşlığına yeni təkan verəcəyi gözlənilir. Beləliklə, bu səfər nəticəsində iki ölkə arasında əməkdaşlıq daha da möhkəmlənəcək, imzalanmış ikitərəfli sənədlər iqtisadi və siyasi əlaqələrin inkişafına töhfə verəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?