GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » NİYAZİ BAYRAMOV GƏNCƏLİLƏRƏ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - FOTOLAR

NİYAZİ BAYRAMOV GƏNCƏLİLƏRƏ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - FOTOLAR

Tarix: 26-08-2022, 14:17 Bölmə :Cəmiyyət Baxış: 1 437

Hər bir cəmiyyətdə hakimiyyətə münasibətin ən vacib meyarı vətəndaşın məmnunluq səviyyəsidir. Bu meyar müasir dövrdə təkcə politoloji-siyasi deyil, həm də mənəvi-psixoloji kateqoriya kimi çıxış edərək dövlət-vətəndaş münasibətlərinin real mənzərəsini, xarakterini müəyyən edir. 

         

Bu gün cənab Prezident  İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etməsi, ölkə başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları hər bir dövlət məmuruna həm nümunə, həm də  gələcək fəaliyyətində yol xəritəsidir.                 

Ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman öz əksini tapır. Həyata keçirilən tədbirlərin, atılan bütün addımların arxasında  vətəndaş məmnunluğu dayanır. Dövlət başçısının vətəndaşlara olan sonsuz diqqət və qayğısı, onun söylədiyi  “Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır”  kimi dəyərli fikirləri Gəncədə də öz real əksini tapmaqdadır.   

         

Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Gəncədə hər zaman örnək  götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, əhali ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Gəncədə olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Şəhər rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir.

       

 Niyazi Bayramovun Gəncəyə rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğısı  bunu söyləməyə əsas verir. 

        

 Gəncəyə rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, şəhid ailələrinə, müharibə veteranlarına daim qayğı ilə yanaşan Niyazi Bayramov şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman diqqətdə saxlayır, onları daim ziyarət edir, qayğıları ilə maraqlanır.

       

  Qeyd etmək lazımdır ki, ilk dəfə olaraq Gəncədə  Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə www.gencesehidleri.az saytı yaradılmışdır. Bu sayt I Qarabağ Müharibəsi, Vətən müharibəsi, mülki və digər şəhidlərimiz barədə məlumatları vahid platformada toplayır. Layihənin əsas məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yaşatmaqla, onları tanıtmaqdır.

        

Niyazi Bayramov  dəfələrlə müxtəlif tədbirlərdə çıxışı zamanı qeyd edib ki, "Ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara olan münasibəti, onlara göstərdiyi qayğı hər bir dövlət məmuru üçün örnək  olmalıdır”. 

        

  İcra başçısı vətəndaşlara olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və qayğının həmişə davam edəcəyini   öz çıxışlarında dəfələrlə qeyd edib. 

         

 "Vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır” - deyən icra başçısı idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını dəfələrlə deyərək, bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verir.

        

Gəncədə vətəndaş qəbulları mütəmadi olaraq keçirilir. Təkcə son ay ərzində səyyar qəbullar  şəhərin Bağbanlar qəsəbəsində, Hacıkənd qəsəbəsində, Gəncə Tibb Kollecində, Futbol Təmayüllü Gimnaziyada, Məhsəti mərkəzində, 18 nömrəli tam orta məktəbdə, 16 nömrəli tam orta məktəbdə, 12 nömrəli tam orta məktəbdə, 3 saylı orta məktəbdə,Yeni Gəncə yaşayış massivində, Azərbaycan Texnologiya Universitetində, Gəncə Dövlət Universitetinin tədris korpusunun həyətində  və s.  keçirilmişdir. 

      

  "Açıq mikrofon"  şəraitində keçirilən bu səyyar qəbullarda şəhər rəhbəri sakinlərlə yaşadıqları ərazilərdə görüşərək, onları narahat edən məsələlərlə yerində tanış olur. Bu görüşlərdə Niyazi Bayramovla yanaşı, onun birinci müavini Səməd Tomuyev, müavin Kamran Məhərrəmov, Gəncədən olan millət vəkilləri, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami və Kəpəz bələdiyyələrinin sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edirlər. 

         

  Bundan başqa bayram və istirahət günlərində asudə vaxtını keçirmək üçün Gəncənin müxtəlif  hissələrində  gəzintiyə çıxan şəhər rəhbərliyi sakinlərlə görüşür, onlarla səmimi söhbət edir, sakinləri narahat edən məsələlərlə maraqlanırlar. Şəhərdə istənilən vətəndaş yaxınlaşıb ona öz problemi haqqında müraciət edə bilir. Şəhər rəhbəri həmin müraciət edən şəxsi sonadək dinləyir, onun müraciətinin həll olunması istiqamətində lazımi tədbirlər görür. Böyük insani keyfiyyətlərə malik icra başçısı olduğu üçün Niyazi Bayramov şəhər əhalisi tərəfindən  hörmətlə qarşılanır. 

       

  Vətəndaşlar onların problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə edirlər. Bütün bunlar onu göstərir ki, dövlət daim vətəndaşının yanındadır. Xalqla hakimiyyətin birliyi dövlətimizi daha da gücləndirir və sarsılmaz edir.          

        

  Hal-hazırda Gəncə şəhərinin küçə və prospektlərində, yaşayış massivlərində, eləcə də müxtəlif parklarda  "Açıq Kommunal İnfrastruktur  Proqramı" çərçivəsində  geniş miqyaslı təmizlik və abadlıq işləri həyata keçirilir. Digər tərəfdən, Gəncənin küçələrinin, qəsəbə və məhəllə  daxili yolların asfaltlanması da şəhərin  içməli  su və kanalizasiya  sisteminin yenidən qurulması məqsədi ilə həyata  keçirilən sözü gedən layihəyə paralel şəkildə aparılır. Bu layihə çərçivəsində su-kanalizasiya xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə mərhələli şəkildə küçələrin və məhəllə daxili yolların asfaltlanması həyata keçirilir. Şəhərdə nəinki yeni salınmış qəsəbələrdə, hətta qədim küçələrin çoxunda  heç vaxt asfalt, küçə işıqlandıırılması, içməli su və çirkab su xətlərı  olmamışdır. Amma indi bu çatışmamazlıqların aradan qaldırılması istiqamətində  gərgin   işlər  gedir,  bu ucqar ara küçələr  belə tamamilə asfaltlanır, içməli su xətləri,  habelə kanalizasiya xətləri  çəkilir.  Sovet dövründə belə asfalt olmayan ara küçələrə  asfalt salınır  və işıqlandırma sistemləri quraşdırılır.

        

  Yol infrastrukturunun yenilənmə işləri başa çatan ərazilərdə sakinlərin rahatlığı üçün digər abadlıq-quruculuq işlərinin aparılması, yaşıllıqların salınması, məhəllələrdə  qənaətli  elektrik sistemlərinin qurulması, oturacaqların, uşaq əyləncə mərkəzlərinin yenilənməsi və s.   də  nəzərdə tutulur. Yaşayış binalarının dam örtükləri dəyişdirilir, hətta 30-40 ildən artıq dam örtüklərinin altında olan müxtəlif tullantılar tamamilə təmizlənir. Şəhərdə olan yaşıllıqlar mütəmadi olaraq suvarılır, küçələrdə və prospektlərdə yol  kənarlarına ağac şitilləri əkilir.

        

  Prezident İlham Əliyevin tapşırığı ilə 2020-ci ildən Gəncə şəhəri  "Yaşıl şəhər"  layihəsinə qoşulub. Qeyd etmək istəyirəm ki, Gəncə Azərbaycanda AYİB-in Yaşıl Şəhərlər  şəhər dayanıqlılıq  proqramına qoşulan ilk şəhərdir. "Yaşıl Şəhər" layihəsi Gəncə şəhərinə ən aktual ekoloji problemləri və iqlim dəyişikliyi risklərini müəyyən etmək və prioritetləşdirməkdə kömək edəcək. Layihə bərk məişət tullantılarının idarə edilməsi, şəhərin küçə işıqlandırma sisteminin və ictimai nəqliyyatın yenilənməsi kimi üç mərhələdən ibarətdir.

          Hal hazırda Gəncədə Gəncə Dövlət Dram Teatrının istifadəyə verilməsindən sonra Gəncə İdman Sarayında da  işlər sürətlə davam edir. Artıq Sarayın otaqlarının döşəmə hissəsinə beton örtük salınıb, havalandırma sistemlərinin quraşdırılması və müasir üsullarla kabelləşmə işləri aparılır. Bununla yanaşı, idmançıların və sakinlərin rahatlığını təmin etmək üçün Sarayın sağ girişində eskalatorun quraşdırılması da nəzərdə tutulub. İkimərtəbəli Gəncə İdman Sarayında  böyük  idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər də  fəaliyyət göstərəcək. 

            Bir müddət bundan əvvəl şəhərin mərkəzi hissəsində 25 may-17 noyabr 1918-ci il tarixləri arasında Nuru Paşa komandanlığındakı Qafqaz Hərəkatında Azərbaycanın müstəqilliyi naminə qardaşlıq uğrunda 11 iyul 1918-ci il tarixində Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidlərindən – 13 qəhrəman məhmətçiyin xatirəsinə inşa edilən abidənin təməli qoyuldu, bununla bağlı sənəd imzalandı,qısa bir müddətdən sonra  abidənin açılış mərasimi keçirildi.

        

  Bir müddət bundan əvvəl  Gəncə şəhər İcra Hakimiyyətinin rəsmi tərəfdaşlığı ilə Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında II Milli Yaylaq Festivalı keçirildi. 

Bu qeyd etdiklərim  Gəncə şəhərində aparılan işlərin yalnız bir hissəsidir. Qısaca olaraq qeyd etmək istəyirəm ki, ölkə Prezidentinin Gəncəyə və Gəncəlilərə olan diqqət və qayğısı  nəticəsində  Gəncə günü-gündən gözəlləşir və qədimliyini saxlamaqla müasir şəhərə çevrilir. 

Şəhər rəhbəri Prezident İlham Əliyevin  əhaliyə diqqət və qayğı ilə yanaşmaq, onların  problemlərini  həll etmək haqqında olan bütün tapşırıqlarını çox ləyaqətlə yerinə yetirir. Belə bir bacarıqlı, yüksək insani keyfiyyətlərə malik bir  şəxsi  şəhərimizə başçı təyin etdiyinə, respublikamızın inkişafı naminə gördüyü  işlərə  görə, Prezident İlham Əliyevə   şəhərin çoxminli əhalisi adından  təşəkkür edirik.

                                                                     ELÇİN CAVADOV

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İSESKO rəhbəri: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan qadınının yüksək statusunu göstərir"

    İSESKO rəhbəri: "Mehriban Əliyevanın Birinci ...

    3-03-2017, 23:40

  • 
  • İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

    İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider ...

    12-12-2020, 11:41

  • 
  • Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fərid Qayıbovu UEG-in prezidenti seçilməsi münasibəti ilə təbrik edib

    Prezident İlham Əliyev və Birinci vitse-prezident ...

    3-12-2017, 23:38

  • 
  • İlham Əliyev və Mehriban Əliyeva səs verdi

    İlham Əliyev və Mehriban Əliyeva səs verdi ...

    23-12-2019, 13:00

  • 
  • Prezident İlham Əliyev Elinanın intiharının araşdırılması ilə bağlı dövlət qurumlarına tapşırıqlar verdi

    Prezident İlham Əliyev Elinanın intiharının ...

    11-04-2019, 11:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu