GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rəfael Cəbrayılovun ölümündə qaranlıq məqamlar - ŞOK FAKTLAR AÇIQLANDI

Rəfael Cəbrayılovun ölümündə qaranlıq məqamlar - ŞOK FAKTLAR AÇIQLANDI

Tarix: 26-08-2022, 14:59 Bölmə :Cəmiyyət Baxış: 264


Bir müddət öncə həbsxanada vəfat etmiş eks millət vəkili Rəfail Cəbrayılovun ətrafında baş verən qalmaqal bitib tükənmək bilmir. Vəfat etmiş millət vəkilinin həyat yoldaşı Aida Cəbrayılovanın hüquqlarını qanuni şəkildə etibarnamə ilə müdafiə edən tanınmış hüquqşünas Mübariz Məsimoğlu özünün facebook sosial şəbəkə hesabında bir çox iddialı paylaşım edib. O, Rəfail Cəbrayılovun həbsxanada müəmmalı şəkildə öldüyünü bildirib. Daha sonra mərhum millət vəkilinin qardaşı Elşən Cəbrayılovunda ünvanına bir çox ittihmalar səsləndirib. "Azərbaycan Reallığı" olaraq Mübariz Məsimoğlunun ittiham dolu paylaşmını oxucuların diqqətinə çatdırırıq:

RƏFAEL CƏBRAYILOVUN XANIMINI NARAHAT EDƏN NƏDƏNLƏR

Bu günlərdə rəhmətlik Rəfael Cəbrayılovun həyat yoldaşı mənə müraciət edərək hüquqi müstəvidə ona yardım etməyimi istədi. Diqqətlə dinlədim onu. Anladım ki, hər şey göründüyü və təqdim olunduğu kimi deyil. Hazırda uzun müddət prokuratura sistəmində işləmiş və üç çağırış deputat olmuş bir şəxsin həyat yoldaşı, ovladları evsiz- eşiksiz qalıb, kirayədə yaşayırlar.

ÜRƏK AĞRIDICI FAKTLARDI.

Yəqin ki, bilənlər bildi ki, söhbət hansı Rəfael Cəbrayılovdan gedir. Bəli, üç çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, ondan əvvəl isə uzun müddət prokuratura sistemində işləmiş insandan gedir söhbət. Necə oldu ki, belə bir adam birdən-birə dələduza çevrildi, sonra türməyə düşdü və 11 nəfər adamın arasında ancaq o virusa yoluxaraq elə zindanda da dünyasını dəyişdi? Müammalar, açılıb- bükülməsi mümkün olmayan naqisliklər o qədərdir ki, hansı birini deyəsən.

Hamı bilir ki, görüntüdə yox, əslində rəhmətlik deputat seçilməyib. Təyinatla bu vəzifəyə gətirilib. Və bu təyinat deyilməsi, izah edilməsi mümkün olmayan məbləğdə pulun hesabına başa gəlib.Buna görə də lap başlanğıcdan bu yazıq da borclanaraq kimlərəsə borclu qalıb. O, bu borcları ödəməkdən ötəri qabaqcadan işini bərk tutub və tikinti biznesinə girişib və şirkət yaradıb (Dərhal MTK) öz qardaşı Elşən Cəbrayılovun adına. Elşən Cəbrayılov Rafael Cəbrayılovun tapşırıqlarını canla- başla yerinə yetirib əvvəllər.

Çünki Rafael Cəbrayılov atlı olub onda. Rafael Cəbrayılov atdan düşəndən sonra o fürsətdən istifadə edib qardaşı tərəfindən adına yaradılmış biznes imperiyasının dalına keçmək fikirinə düşüb. Və buna nail də olub. Borc sahibləri Rəfael Cəbrayılovun üstünə gəldikcə, Elşən Cəbrayılov fitnəkar fikirlərini həyata keçirib. Əvvəl həmin borclulara tikdiyi binalardan evlər verməklə onları susdurub. Sonra birdən bu əməliyyatları dayandırıb. Və eyni zamanda 11 nəfər borc sahibini birdən Rəfael Cəbrayılovun üstünə salınmasına nail olub.

Rəfael Cəbrayılov əvvəl abır- həyasına qısılıb qardaşının adının bu işlərdə hallanmasını istəməyib. Borc sahiblərindən işini qaydaya salmaq üçün vaxt alıb.Elşən Cəbrayılov isə öz işində olub. Və birdən kimlərəsə qoşulub, qardaşının hesabına topladığı sərvətə, var- dövlətə (tikilmiş 22 çoxmərtəbəli binaya )arxayın olaraq Rəfael Cəbrayılovun kəndirini kəsib. Gerisi hamıya məlum.

Məlum olmayan nədir və Rəfael Cəbrayılovun həyat yoldaşının- Aidə Cəbrayılovanın istəyi nədir? Əvvala qeyd edim ki, Rafael Cəbrayılovun həyət yoldaşının, yəni Aidə Cəbrayılovanın istəyi odur ki, bütün qaranlıq məqamlara bir aydınlıq gətirilsin. Ona görə hansılardır bu qaranlıq məqamlar?

1. Rəfael Cəbrayılovla bir yerdə olan 11 nəfərdən heç biri korona virusa tutulmayıb.Nədən bu virusa ancaq Rəfael Cəbrayılov tutulub?.

2. Rəfael Cəbrayılov hələ tutulmamışdan qabaq qardaşı Elşən Cəbrayılovun əməllərindən baş prokurora yazılı müraciət edərək bütün bu əməlləri qardaşı ilə bir yerdə törətdiklərini deyib. Həmçinin, qardaşının külli- miqdarda dövlətə vergi ödəməyərək dövlətə ziyan vurmasını yazıb, üstəlik, qardaşının sonda onun özünə atdığını və bu səbəbdən borclarını qaytara bilməməsini xüsusilə vurğulayıb?

NƏDƏN PROKURORLUQ BUNU ARAŞDIRMAYIB?

3. Nədən Rəfael Cəbrayılovun işini aparan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi , 1- ci dərəcəli hüquqşünas Rzayev Ceyhun Əsgər oğlu Cəbrayılov Rafael Kamil oğlunun Azərbaycan Respublikasl CM- nin 178.3.2 və 308.2 - ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 19 may 2021- ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarında Cəbrayılov Elşən Kamil oğlu barəsində cinayət təqibinə xitam verib?

4. Nədən bu qərardan Rəfael Cəbrayılovun hüquqi varisi kimi Aidə xanım və 11 nəfər zərərçəkmiş tərəfindən məhkəmə nəzarəti qaydasında verdikləri şikayət Bakı şəhər Binəqədi rayon Məhkəməsinin hakimi M.N.Kərimova tərəfindən heç bir qanuna istinad edilmədən icraata götürülmədən geri qaytarılıb.

5. Nədən həmin qərardan verilmiş şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 14.06.2022 - ci il tarixli qərarı ilə ləvğ etdikdən sonra yenə də Binəqədi Rayon Məhkəməsində baxılması işə baxmış həmin hakim xanıma həvalə edilib?

6. Nədən işə baxılarkən qarşı tərəf məhkəməni saymadan heç bir məhkəmədə iştirak etmir və ona qaşın üstündə gözüb var deyən olmur.

7. Nədən başqa bir zərərçəkmişə nisbətdə Elşən Cəbrayılov barəsində nərimanov rayonunda cinayət işi başlanıb, zərər ödənildikdən sonra buraxılır, amma digər 11 nəfə zərərçəkmişə nisbətdə o aydan arı, sudan duru olub?. Bu ayrı- seçkilik nədəndir?

8. Nədən Elşən Cəbrayılovu müdafiə edən Nürəddin Məmmədov adlı birisi ona çox arxayınlıqla deyə bilir ki, mənim oğlum Şükran Məmmədov ( Xətai rayon prokurorluğunda işləyir) Əli Nağıyevin oğlu ilə bacanaqdı. Heç kim Elşənin yanından yel olub keçə bilməz.

9. Nədən Rəfael Cəbrayılovun əmlakının bir hissəsi vaxtı ilə bu Nurəddin deyilən şəxsin digər oğlunun- Urfan Məmmədovun adına olub? Nədən buna aydınlıq gətirilmir. Və nəhayət 29 avqusta təxirə salınmış məhkəmədə haqq öz yerini tapacaqmı? Göründüyü kimi, nədənlər çoxdur. Mən bu nədənləri Aidə xanımın adında aidiyyəti orqanların ünvanlarına ünvanladım. Görək bu nədənlərə verilən cavabların nədəni necə olacaq?

Redaksıya adı çekilən hər kəsin mövqeyin tanıyır./azerbaycanrealligi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda ermənilərlə qohum olan deputat: Rəfael Cəbrayılov haqda şok iddia

    Azərbaycanda ermənilərlə qohum olan deputat: ...

    16-10-2015, 17:13

  • 
  • Rəfael Cəbrayılovun başı cəncəldə

    Rəfael Cəbrayılovun başı cəncəldə ...

    3-02-2016, 00:07

  • 
  • “Rəfael Cəbrayılovun mənə borcu var, onun qardaşından isə...” - YENİ FAKTLAR

    “Rəfael Cəbrayılovun mənə borcu var, onun ...

    28-04-2022, 15:47

  • 
  • Rəfael Cəbrayılov sərvətini İstanbula daşıdı – Deputatla bağlı Dünyamin Xəlilov nümunəsi təkrarlana bilər?

    Rəfael Cəbrayılov sərvətini İstanbula daşıdı – ...

    7-09-2019, 15:07

  • 
  • Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı rəsmi sənəd daxil olmayıb - MSK

    Rafael Cəbrayılovun deputat mandatından məhrum ...

    30-09-2019, 16:01


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu