Gundemxeber.az » Ölkə » Cəmiyyət » DYP deputat Mahir Abbaszadənin avtomobilini cərimələdi
Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna məxsus avtomobilə Dövlət Yol Polisi tərəfindən cərimə tətbiq edilib.
DYP Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna məxsus avtomobil barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərib.
İXM-in 347-ci maddəsinə görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə -vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadədir.
Gundemxeber.az
11-03-2021, 14:32
22-06-2021, 16:28
27-08-2021, 11:38
31-03-2021, 12:17
27-11-2013, 20:49
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?