Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nazirlik rəsmisi: “Yasamalda baş verən hadisə torpaq sürüşməsi deyil” - YENİLƏNİB
“Bu gün paytaxtın Yasamal rayonu, Qurban Xəlilov küçəsində yamacda baş verən hadisə torpaq sürüşməsi deyil”.
Bu barədə “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
Onun sözlərinə görə, hadisəyə səbəb həmin ərazidə olan evlərin birində həyətin həddən artıq sulanması olub:
“Bizim əməkdaşlar həmin əraziyə cəlb olunub və hadisəni analiz ediblər. İntensiv suvarma nəticəsində yamacın başındakı daş parçası yola düşüb. Artıq yol təmizlənib, heç bir problem yoxdur. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, Yasamal rayonunun Qurban Xəlilov küçəsindəki yamacda sürüşmə baş verməyib. Orada nə sürüşmə, nə də uçqun prosesinin potensialı yoxdur. Ərazi dayanıqlı vəziyyətdədir”.
09:54
Bu gün Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsindəki yamacda kiçikmiqyaslı sürüşmə nəticəsində yola torpaq və qaya parçası tökülüb.
Hadisə səhər saat 06:00 radələrində baş verib.
Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən saat 07.42 radələrində ərazi torpaq və qaya parçalarından təmizlənib.
Gundemxeber.a
25-11-2019, 11:22
10-02-2018, 16:57
4-12-2017, 17:47
9-01-2020, 11:45
9-01-2020, 11:32
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?