Azərbaycan kitabsevərlərinə ağır itki üz verib. "Bakumooz Kitab evi"nin rəhbəri Nürəddin Ziyət oğlu Məmmədli yol nəqliyyat hadisəs zamanı həyatını itirib.
GundemXeber.Az saytı bildirir ki, hadisə avqustun 28-də paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə "Toyota Prius" markalı avtomobili idarə edən müəyyən edilməmiş sürücü 1992-ci il təvəllüdlü Məmmədli Nurəddin Ziyət oğlunu piyada keçidinin üzərində vuraraq hadisə yerindən qaçıb. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Nürəddin Məmmədli "Bakumooz Kitab Evi"nin rəhbəri olmaqla yanaşı, kitabların təbliği, bədii əsərlərin tərcüməsi, kitab dizayneri, kitab sərgilərinin təşkilatçısı kimi tanınırdı. Mərhum həmçinin həvəskar yazar kimi tanınır. O bu vaxta kimi bir neçə hekayələr də qələmə almışdı. Kitabçı 3 ilə yaxın idi ailə həyatı qurmuşdu.
Nürəddin Məmmədli bu gün günorta saatlarında dünyaya göz açdığı Şamaxı şəhərində torpağa tapşırılıb.
Mərhumun başda həyat yoldaşı Arzu xanım olmaqla, bütün yaxınlarına dərin hüzünlə baş sağlığımı bildirir, səbr diləyirəm.
Allah rəhmət etsin!
Bizi çox erkən tərk etdin ey gülərüzlü, zarafatlarından, pozitivliyindən qalmayan kitabçı dostum...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?