Bu yaxınlarda ABŞ-ın Mayami şəhərində biznes fəaliyyətinə başlayan Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli məşhur pişiyini də özü ilə Amerikaya aparıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə Demokrat.az-a ABŞ-da yaşayan soydaşlarımızdan məlumat daxil olub. Məlumata görə, bir neçə gün öncə Şamxal Həsənli ABŞ-da heyvan qidaları satılan marketdə pişiyi ilə bərabər görüntülənib. Xatırladaq ki, Şamxal Həsənli "Xəzər TV"-nin rəhbəri olub, onun adı "Jurnalistlər binası" ilə bağlı məhkəmə işində də çəkilir. Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəmə iclasında “Portos” MMC-də baş mühasib işləmiş Kəmaləddin Abdullayev binanın inşası üçün köçürülən 600 min manat pulu təsisçinin nümayəndəsi Şamxal Həsənliyə verdiyini demişdi. Məhkəmədə Əli Həsənovun oğlunun prosesə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılsa da, vəsatət təmin edilməmişdi. Əli Həsənov dövlət qulluğundakı mövqeyindən sui-istifadə edərək ailə üzvlərinin adına çoxsaylı şirkətlər açmışdı. O, vəzifəsindən azad edildikdən sonra oğlu ABŞ-a, qızı isə Birləşmiş Ərəb Əmirliklərinə mühacirət edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?