Bakıda polis vətəndaşları kriptovalyuta adı ilə aldadaraq 1 milyon manat məbləğində vəsaiti mənimsəyən iki nəfəri saxlayıb.
Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, Rəşid Bayramov və Vüqar Əliyev “Instagram” sosial şəbəkəsində və müxtəlif xəbər portallarında elanlar yerləşdirərək vətəndaşlara pul qismində yatırım edəcəkləri halda külli miqdarda maddi vəsait qazanacaqlarını vəd ediblər.
Polis Rəşid Bayramov və onun tanışı Vüqar Əliyevi saxlayıb.
Müəyyən edilib ki, onlar 100-dən çox adamın pulunu mənimsəyərək beynəlxalq birjalarda və kriptovalyuta alqı-satqısında heç bir əməliyyat etmədən dələduzluq yolu ilə zərərçəkənləri aldadıblar. Bayramov və Əliyev vətəndaşlara 1 milyon manata yaxın ziyan vurublar.
Faktla bağlı cinayət işi açılıb, Rəşid Bayramov və Vüqar Əliyev məhkəmənin qərarı ilə həbs ediliblər
Sorğu
Yeni dizaynımız necədir?