GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » HADİSƏGənc oğlan baldızını çöllüyə apardı: "Sənə hər gün kontur alacam, razılaş..." - TƏFƏRRÜAT

HADİSƏGənc oğlan baldızını çöllüyə apardı: "Sənə hər gün kontur alacam, razılaş..." - TƏFƏRRÜAT

Tarix: 6-09-2022, 18:19 Bölmə :Cəmiyyət Baxış: 221

Balakən rayonunda 1989-cu il təvəllüdlü Orxan baldızı Leylaya (adlar şərti verilib – red.) təcavüz edib.

GUNDEMXEBER.AZ teleqraf.com-a istinadla xəbər verir ki, hadisə ötən il noyabrın 26-da baş verib. Orxan 2005-ci il təvəllüdlü Leylanı mağazaya aparıb, daha sonra yaşadığı evə geri qaytarmaq adı ilə aldadaraq, onu rayonun Kortala kəndi ərazisində idarə etdiyi “VAZ 2106” markalı avtomobilə mindirib. Maşını kəndinin çöl sahəsinə sürüb, orada Leylaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
İstintaq orqanı tərəfindən Orxanın barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

“Mağazaya apara bilcəyimi dedim”

Orxanın barəsində olan cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə ifadə verən Orxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, baldızı Leylaya qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməyib:
“Hadisə baş verən günü bərbər olduğum üçün işdən çıxdım və özümə məxus avtomobillə evə gedərkən yolda baldızımı gördüm. Maşını saxlayıb ondan hara getdiyini soruşdum. Baldızım da mağazaya getdiyini bildirdi. Onu mağazaya apara biləcəyimi dedim. Baldızım da razılaşdı”.

“Mənə şər atıblar”

Təqsirləndirilən şəxs qeyd edib ki, sonra baldızı ilə birlikdə mağazaya gediblər: “Leyla mağazada lazım olan əşyaları aldıqdan sonra onu evinə düşürdüm. Sonradan mənə məlum oldu ki, barəmdə polisə şikayət edilib. Əslində isə bütün bunlar mənə qarşı şər və böhtan xarakterli hərəkətlərdir.
Son vaxtlar həyat yoldaşım Sevda ilə münasibətlərim yaxşı olmayıb. Sevda məni həbsxanalarda çürütməklə hədələyib. Məndən acıq çıxmaq üçün üstümə belə bir şər atıblar”.

“Baldızımı görəndə məndə ehtiras hissi oyanıb”

Orxan məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaqa başqa məzmunda danışıb. Məhkəmə onun ibtidai istintaqa etirafedici ifadələrini tədqiq edib.
Orxan ibtidai istintaqa ifadəsində göstərib ki, Balakən rayonu Kortala kəndində ailə üzvləri ilə birlikdə yaşayır və həmin kənddə bərbər işləyərək ailəsini dolandırıb
“Zərərçəkmiş Leyla arvadım Sevdanın doğma bacısıdır. Sevda ilə 2019-cu ildə ailə həyatı qurmuşam. Həmin evlilikdən hazırda 1 yaşı olan qızımız dünyaya gəlib. Qayınatamgillə bizim yaşadığımız evin arasında təxminən iki kilometr məsafə var.
Kiçik baldızım Leyla bəzi vaxtlarda bizim evimizə qonaq gəlib. Baldızım yaraşıqlı olduğuna görə hər dəfə onu görəndə məndə ehtiras hissi oyanıb. Buna görə də bizə gələndə 2-3 dəfə onu qucaqlayaraq öpmüşəm. Lakin ona bu barədə heç nə deməmişəm”.

“Gəzməyə aparacağımı dedim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, noyabrın 26-da təxminən saat 12.00-da nahar etmək üçün işlədiyi bərbərxanadan çıxıb və özünə məxsus avtomobillə yaşadığı evə gedib:
“Kəndin mərkəzinə çatanda Leylanı yolun kənarı ilə piyada mənimlə üzbəüz gəldiyini gördüm. Avtomobili saxladım və haraya getdiyini soruşdum. Leyla özünə kontur və adapter almaq üçün mağazaya getdiyini bildirdi. Mən onu mağazaya aparıb, daha sonra geri qaytaracağımı dedim və avtomobilə əyləşməsini bildirdim
Leyla avtomobilin arxa sərnişin oturacağında əyləşdi. Mağazaya çatanda Leyla avtomobildən düşdü, təxminən iki dəqiqədən sonra Leylanın geri qayıtmadığını gördüm. Onun arxasınca mağazaya getdim. Həmin vaxt Leyla alış-verişini bitirərək mağazadan çıxırdı. Buna görə birlikdə geri qayıtdıq.
Sonra avtomobili sürərək təxminən 400 metr irəlidə yerləşən, Elmir adlı kənd sakininin işlətdiyi mağazaya getdim, benzin alaraq avtomobilimə tökdüm. Yenə yola davam edərək Leylanın yaşadığı evə doğru getdik. Bir qədər sonra kəndin girəcəyindən sağa döndüm.
Qabaqda Leylanın yaşadığı evə tərəf dönmək əvəzinə, avtomobili sola döndərdim. Həmin vaxt Leyla haraya getdiyimi soruşdu. Mən isə Leylanı gəzməyə aparacağımı dedim”.

“Məni seyr edirdi”

Orxan qeyd edib ki, avtomobili çöl sahəsində doğru təxminən 200 metr sürərək saxlayıb:
“Avtomobili saxladıqdan sonra arxaya çevrildim və Leylanın üzündən, dodağından öpdüm, sonra ona qarşı seksual hərəkətlər etməyə başladım. Həmin vaxt Leyla mənə heç bir reaksiya vermirdi və onun hərəkətlərimə heç bir etiraz etmirdi. Sakit oturaraq məni seyr edirdi.
Seksual hərəkətlər edəndən sonra avtomobili sürərək Leylanı yaşadığı evin qarşısında düşürdüm və oradan yaşadığım evə getdim”.

“Anamdan icazə istədim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Leylanın sözlərinə görə, noyabrın 20-də Bakı şəhərində yaşayan bacısı Sevilin evinə qonaq gedib və noyabrın 25-də yaşadığı evə geri qayıdıb: “İstifadə etdiyim mobil telefonun enerji yığan cihazını yaddan çıxararaq bacımgilin evində qoymuşdum. Buna görə telefona yenisini almalı oldum. Bu məqsədlə noyabrın 26-da telefona enerji yığan cihaz almaq istədiyimi anama dedim. Mənə pul və icazə verməsini söylədim.
Anam da mənə pul və kəndin mərkəzində yerləşən mağazaya gedib-qayıtmağım üçün icazə verdi. Yolun yarısını qət etmişdim ki, Orxanın özünə məxsus avtomobillə mənimlə üzbəüz gəldiyi gördüm. O, yanıma çatanda avtomobili saxladı və haraya getdiyimi soruşdu. Özümə kontur və telefona enerji yığan cihaz almaq üçün mağazaya getdiyimi bildirdim. Orxan da məni mağazaya apardı”.

“Mənə qarşı seksual hərəkətlər etdi”

Leyla daha sonra ifadəsində Orxanın onu kəndin çöllük ərazisinə aparmasını, orada ona qarşı seksual xarakterli hərəkətlər etməsindən danışıb:
“Orxan avtomobili evimizə tərəf yox, şəhər istiqamətində sürdü. Ondan məni hara apardığını soruşdum. Dedi, səni gəzməyə aparıram. Mən qışqıraraq etiraz etdim. Sonra maşının istiqamətini dəyişərək çöllük əraziyə sürdü. Yenə də Orxana etiraz edərək haraya getdiyini soruşdum. Orxan isə məni meşəyə gəzməyə aparacağını bildirdi. Belədə qışqıraraq ağlamağa başladım.
Avtomobildən yerə düşmək istədim və əlimdəki mobil telefonla arxa sağ şüşəyə vurmağa başladım. Buna görə Orxan çöl sahəsinə doğru təxminən 200 metr getdikdən sonra avtomobili saxladı.
Həmin vaxt qışqırdım, ağlayaraq avtomobilin sağ qapısını açaraq yerə düşmək istədim. Lakin Orxan qolumdan tutdu, çəkərək qapını bağladı və üstümə qışqıraraq sakit olmağımı tələb etdi. Bu zaman əlimdəki mobil telefonla Orxanın üz nahiyəsinə vurdum.
Daha sonra Orxan oturacağını bir az geri çəkdi, arxaya çevrilərək sol ayağını ön sərnişin oturacağının, sağ ayağını isə avtomobilin ön oturacaqlarının arasına qoydu. Sonra mənə qarşı seksual hərəkətlər etməyə başladı. Onu özümdən kənarlaşdırmağa çalışsam da, məndən əl çəkmədi. Hərəkətlərini davam etdirdi”.

“Qorxduğum üçün heç kimə heç nə demədim”

Leyla deyib ki, Orxan ona qarşı seksual xarakterli hərəkətlər etdikdən sonra geri qayıdıblar:
“Geri qayıdanda baş verənləri bacım Sevdaya danışacağımı Orxana dedim. Orxan isə bu barədə heç kimə heç nə deməməyi tapşırdı. Mənimlə həmişə cinsi əlaqədə olmaq istədiyini və əvəzində hər gün mənə 1 manatlıq kontur alacağını bildirdi. Mən isə Orxana etiraz etdim.
Orxan məni apararaq yaşadığım evin qarşısında düşürdü və oradan getdi. Bundan sonra üst-başımı səliqəyə saldım, yaşadığım evə daxil oldum. Lakin bacımın ailəsinin dağılmasından, atamın Orxanı öldürəcəyindən qorxduğum üçün baş verənlərlə bağlı həmin gün heç kimə heç nə demədim”.
Zərərçəkmiş qeyd edib ki, səhəri gün, yəni noyabrın 27-də baş verən hadisəni anasına danışıb. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat veriblər. O, bacısının əri ilə barışmayıb və ondan şikayətçidir.
Orxan 6 il müddətinə azadlıqdan məhrum edilib.

Gundemxeber,az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şagirdə qarşı seksual xarakterli zorakılıq edən məktəbli həbs edildi - Bakıda

    Şagirdə qarşı seksual xarakterli zorakılıq edən ...

    10-02-2018, 16:13

  • 
  • Dayı azyaşlı bacısı qızını zorladı — Bakıda biabırçılıq (MƏHKƏMƏ)

    Dayı azyaşlı bacısı qızını zorladı — Bakıda ...

    20-04-2019, 15:27

  • 
  • 63 yaşlı kişi 6 yaşlı qızı dəfələrlə MAŞININDA ZORLADI - Azərbaycanda ŞOK

    63 yaşlı kişi 6 yaşlı qızı dəfələrlə MAŞININDA ...

    25-05-2019, 16:28

  • 
  • Bakıda azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən şəxsin məhkəməsi başlayıb

    Bakıda azyaşlı qızlara qarşı seksual xarakterli ...

    14-11-2018, 15:42

  • 
  • Sumqayıtda 13 yaşlı qızı zorlayan CƏZALANDI

    Sumqayıtda 13 yaşlı qızı zorlayan CƏZALANDI ...

    13-12-2016, 23:39


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu