Gundemxeber.az » Ölkə » Cəmiyyət » Son sutkada Azərbaycanda 502 nəfər koronavirusa yoluxub - 7 nəfər ölüb
Analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib...
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 502 yeni yoluxma faktı qeydə alınıb, 611 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 816 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 803 562 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 189 aktiv xəstə var. Bu günə qədər 9 838 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 343, bu günə qədər isə ümumilikdə 7 180 867 test icra olunub.
Gundemxeber.az
3-12-2020, 16:36
5-12-2020, 17:58
24-02-2021, 16:46
21-07-2020, 20:39
28-06-2021, 16:54
Sorğu
Yeni dizaynımız necədir?