GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Jaketi İlkinin paltarına sürtüblər, onunla da iş bitib" - "Nərmin işi"

"Jaketi İlkinin paltarına sürtüblər, onunla da iş bitib" - "Nərmin işi"

Tarix: 16-09-2022, 15:42 Bölmə :Cəmiyyət Baxış: 283


Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Gundemxeber.az apa-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda iş üzrə sənədlərin tədqiqi mərhələsi aparılır.

Sənədlərin birindəki ekspert rəyində müstəntiqin istintaqa təqdim etdiyi uşaq şalvarından, ayaqqabısından təqsirləndirilən şəxsin gödəkcəsinin liflərinin tapıldığı göstərilib. Həmçinin İlkin Süleymanovun yun parçadan olan isti alt paltarında da Nərmin Quliyevaya aid jaketin lifi tapılıb. Vəkillər həmin ekspertiza rəylərinə etiraz edərək bunun saxtalaşdırıldığını deyiblər:

“Müstəntiq o cins şalvarı haradan tapıb ekspertizaya təqdim edib? Çünki nə şəkillərdə var, nə üzərindən götürülən paltarların siyahısında var, nə də İlkingilin evindən götürülən əşya və paltarların arasında. Olmayan cins şalvar ekspertizaya necə gedib çıxıb? İkincisi, məhkəmədə şahid ifadələri də təsdiq etdi ki, İlkinə aid isti alt paltarı o, saxlanılandan sonra alınıb, sonra da polis şöbəsinə təhvil verilib. Ekspert oradan Nərminin jaketinin lifini necə tapıb? Görünür İlkinin paltarlarını qoyublar qabaqlarına, Nərminin jaketini İlkinin paltarına sürtüblər, onunla da iş bitib”.

Prosesdə vəkil Əlibaba Rzayev meyitin üzərindən götürülən və ekspertizaya təqdim olunan geyimlərin məhkəməyə də gətirilməsini istəyib. Vəkil meyitin üstündəki qırmızı köynəklə ekspertizaya təqdim olunan köynəyin fərqli olduğunu bildirib:

“Şəkillərdən də görünür ki, biri tam bağlıdır, birinin isə ön hissəsi açıqdır”. Bundan başqa, vəkillər ekspertizanın rəyi məlum olmamış ovaxtkı Baş prokuror Zakir Qaralovun Ombudsman və başqa aidiyyəti orqanlara məktub yazaraq İlkin Süleymanovgilin evindən Nərminə məxsus qan tapılması ilə bağlı epizoddan danışıblar: “Birincisi, hələ ekspertizanın nəticəsi məlum deyildi, Qaralov niyə öncəgörənlik edirdi? İkincisi, ekspertiza rəy verdi ki, daşın üstündən tapılan qan ləkəsi Nərminə aid deyil. Yalnız darvazanın yanında divardakı xırda ləkənin Nərminin qan qrupu ilə eynilik təşkil etdiyi yazılıb. Yəni II qrupdur. Halbuki o evdəki nəvələr və gəlinlərdən 6 nəfərin qan qrupu II qrupdur”.

Növbəti proses sentyabrın 21-ə təyin olunub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı QƏRAR VERİLDİ

    Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı ...

    30-07-2020, 11:35

  • 
  • Məhkəmədə Nərmin Quliyevanın bacısı dindirildi

    Məhkəmədə Nərmin Quliyevanın bacısı dindirildi ...

    4-11-2021, 11:30

  • 
  • Nərmin Quliyevanın qətli ilə bağlı sensasion səs yazısı yayıldı - VİDEO

    Nərmin Quliyevanın qətli ilə bağlı sensasion səs ...

    5-02-2020, 13:33

  • 
  • Nərminin anası: "Qızımı İlkin Süleymanov və onun ailə üzvləri qətlə yetirib" ( YENİLƏNİB)

    Nərminin anası: "Qızımı İlkin Süleymanov və ...

    8-09-2021, 19:01

  • 
  • Nərminin qətlində təqsirləndirilən şəxs barədə qərar verildi

    Nərminin qətlində təqsirləndirilən şəxs barədə ...

    24-01-2020, 11:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu