Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əli Həsənovun qardaşı oğlu işdən çıxarıldı - Polkovnik həbs olunacaq?
Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarılıb.
Gundemxeber,az bakupost.az-a istinadla xəbər verir ki, DGK-nın sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Əməliyyat və İstintaq Baş İdarəsində əməliyyat idarəsinin rəis müavini, polkovnik Anar Həsənov işdən çıxarılıb.
Onun son dövrlər Gömrük Komitəsində başlanılan genişmiqyaslı cinayət işi ilə əlaqədar çıxarıldığı bildirilir.
A.Həsənov Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qardaşı oğludur.
Qeyd edək ki, A.Həsənovun atası İsa Həsənov uzun illər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
Ə.Həsənov vəzifəsindən azad olunandan bir müddət sonra o da müvafiq əmrlə işdən çıxarılıb.
Gundemxeber.az
15-03-2021, 11:37
12-01-2020, 22:32
12-02-2021, 15:34
2-09-2020, 21:27
17-09-2022, 17:22
Sorğu
Yeni dizaynımız necədir?