Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Tağızadə Əlihüseyn Elşən oğlu Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsinə rəis təyin olunub. Digər əmr ilə polis kapitanı Baloğlanov Əhməd Bilal oğlu Şirvan ŞPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi təyin edilib. Qeyd edək ki, onlar bu təyinata qədər Şirvan ŞPŞ-də çalışıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?