GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hicabın altında nələr var?! - Sədrəddin Soltanın şərhi

Hicabın altında nələr var?! - Sədrəddin Soltanın şərhi

Tarix: 22-09-2022, 13:38 Bölmə :Cəmiyyət Baxış: 352

Sentyabrın 16-da İranda 22 yaşlı Məhsa Əmini adlı gənc qadın öldürüldü. İddia olunur ki, Əmini hicab qaydalarını pozduğuna görə polis nəzarətinə götürüldükdən sonra ölüb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, o, sentyabrın 13-də İranın qərbindəki Kürdüstan vilayətindən qohumları ilə görüşmək üçün Tehrana gedərkən əxlaq polisi tərəfindən həbs olunubmuş.

İran polisi Əmininin ölümünü “bədbəxt hadisə” adlandırıb. Xalq bu səbəbdən küçələrə axışdı, artıq bir həftəyə yaxındır ki, meydanlarda dini qadağalar əleyhinə etiraz aksiyaları keçirir. Maraqlıdır ki, Əmininin ölümünə etiraz edən kütlə dini geyim əleyhinə fikirlərdən çox, siyasi şüarlar səsləndirməyə başlayıb. Onlar hətta “diktatora ölüm” də qışqırırlar. Sual yaranır: Qərblə Tehran arasında yaranmış uzunmüddətli düşmənçilik fonunda son hadisələrin arxasında ABŞ və ya İsrail kəşfiyyatı dayana bilərmi?
Gundemxeber.az bildirir ki, məsələni azvision.az -a şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İranda yaranmış xaosun təbii şəkildə baş qaldırdığını deyib. Ounun fikrincə, bu məsələlərdə xarici kəşfiyyatın rol oynaması inandırıcı deyil:
- Gərək əldə ciddi əsaslar olsun ki, hansısa etiraz aksiyasının arxasında müəyyən bir dövlətin dayanmasını deyək. Oradakı hadisələrdə ABŞ və ya İsrailin əlinin olmasını təsdiqləyəcək faktlar yoxdur. Hazırkı etiraz aksiyalarının əsasında bir gənc xanımın rejimin tətbiq etdiyi hicab qaydalarına etirazına görə qətlə yetirilməsi durur. Cəmiyyət artıq rejimin qoyduğu bu qaydaya əməl etmək istəmir. Təbii ki, ümumi olaraq cəmiyyət adından da danışmaq düzgün olmazdı. Amma görünən odur ki, cəmiyyətdə bu məsələyə güclü bir etiraz formalaşıb. Etirazçılara isə rejim təzyiq göstərir, onları təqib edir, işgəncələr verir. Bütün bunları biz birbaşa ABŞ və ya İsraillə əlaqələndirə bilmərik. Bəli, burada hər iki ölkənin maraqları təmin oluna bilər. Çünki onlar İranda mövcud hakimiyyətə qarşıdırlar və ən azından bu hakimiyyətin getməsinin tərəfdarıdırlar, - ekspert deyib.
Ekspertin sözlərinə görə, rəsmi Vaşinqtonla Təl-Əviv Tehranın İsraillə ABŞ-a olan münasibətinin dəyişməsində maraqlıdır. Onlar İrandan nüvə proqramından əl çəkməsini, insan haqlarını tapdamamasını tələb edir. İran hakimiyyəti isə durmadan ABŞ və İsrailə ölüm şüarları səsləndirir. "- Sual yaranır, kim, yaxud da hansı dövlət istəyər ki, ona qarşı belə sərt şüarlar səsləndirən bir hakimiyyət uzun müddətə kürsüdə olsun? Şübhəsiz ki, istənilən dövlət ona ölüm arzulayan hakimiyyətlərin sıradan çıxmasında və ya zəifləməsində maraqlı olacaq. Bu tip aksiyalar isə İran hakimiyyətinin zəifləməsinə, onun cəmiyyətin gözündən düşməsinə səbəb olur. Bugünkü proseslər cəmiyyətlə, seçici ilə hakimiyyət arasında olan uçurumu dərinləşdirir. Xalqla hakimiyyət bir-birindən daha da aralı düşür. Düşünürəm ki, son aksiyalar hakimiyyətə ciddi siqnaldır", - Sədrəddin Soltan qeyd edib.
Onun sözlərinə görə, İranda ilk dəfə deyil ki, belə genişmiqyaslı etiraz aksiyaları keçirilir. Dünya 2019 və 2020-ci illərdə İranda etirazların şahidi oldu. Ancaq inidiki etirazların mahiyyəti tamamilə başqadır:  - 2009-cu ildə “Yaşıllar hərəkatı” daha möhtəşəm idi, daha böyük siyasi şüarlar səsləndirilirdi. İlk dəfə olaraq Ayətullah Xomeyni və Xamneyinin portretləri cırıldı, yandırıldı və s. Ona görə də, bugünkü proseslərin ilk böyük etiraz hadisəsi olduğunu deyə bilmərik. Amma bu etiraz aksiyaları İran hakimiyyətinin təməl məsələsinə qarşıdır. Hökumətin istefa verməsi, prezident Rəisinin getməsi məsələsi normal siyasi tələb olardı. Bu cür amillər hakimiyyətin təməl məsələsi sayılmır. Amma hicaba qarşı çıxış etmək İrandakı mövcud hakimiyyətin təməl məsələsinə qarşı çıxmaqdır. Hicab qaydası İran hakimiyyətinin ABŞ və İsrailə ölüm kimi şüarları ilə bərabərdir, hətta bir sıra hallarda onlardan da üstündür. Çünki bu hakimiyyət İslam qaydalarını həyata keçirən teokratik hakimiyyətdir. Konstitusiya əsaslarını dini kitab və mənbələrdən götürüb. İran dini-siyasi ideologiya ilə idarə olunur. Bu səbəbdən də hicab qaydasına qarşı çıxmaq İran hakimiyyətinin dini-siyasi ideologiyasına qarşı çıxmaqdır. Bu daha böyük və daha fundamental məsələdir.
Sədrəddin Soltan deyir ki, son proseslər İran hakimiyyətinə çox ciddi siqnaldır. Çoxları, o cümlədən, ABŞ da, İsrail də İranın başının özünə qarışmasını arzulayacaqlar ki, İran Ukrayna məsələsində Rusiyaya yardım edə, Suriyada Əsəd rejiminə dəstək ola, Yəməndə husilərə kömək göstərə, Livanda “Hizbullah”ı dəstəkləyə, Fələstində “Həmas”a dayaq ola bilməsin və s. Ola bilər ki, son hadisələri ABŞ və İsrail siyasi bəyanatlarla daha aktiv şəkildə dəstəkləsin. ABŞ Dövlət Departamenti, Avropa İttifaqı artıq Məhsa Əmininin qətlini pislyib. Yəqin ki, yaxın günlərdə İsrail rəsmiləri də açıqlama verəcəklər.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranda hicaba etiraz aksiyaları vüsət alıb

    İranda hicaba etiraz aksiyaları vüsət alıb ...

    15-05-2019, 11:02

  • 
  • İrandan yeni görüntülər: etirazçılar polisi qovur, ölənlər var

    İrandan yeni görüntülər: etirazçılar polisi ...

    6-01-2018, 14:44

  • 
  • İranda hicabsız foto çəkdirən qadınları 10 il həbs gözləyir

    İranda hicabsız foto çəkdirən qadınları 10 il ...

    31-07-2019, 13:44

  • 
  • İranda etiraz aksiyaları PİK HƏDDƏ - İstefa tələbi

    İranda etiraz aksiyaları PİK HƏDDƏ - İstefa tələbi ...

    29-06-2018, 14:45

  • 
  • Urmiyada azərbaycanlılarla polis arasında toqquşma oldu

    Urmiyada azərbaycanlılarla polis arasında ...

    19-06-2013, 14:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu