Milli Məclisin deputatı Razi Nurullayev azyaşlı övladları olan imkansız ailəlni ziyarət edib. Ailənin problemlərini araşdıran deputatın təəsüratlarını GundemXeber.Az olaraq çoxsaylı oxucularımıza təqdim edirik:
" Səma Kazımova dörd uşaq anasıdır. Onu ziyarət edib ağır vəziyyətini də çəkib göstəmıyimin səbəbi sosial sahədə yanaşmanı dəyişməyə kömək etməkdir. Bu qadın elə bir vəziyyətdə yaşayır ki, onnun sosial yardım almaq üçün yoxlanmaya məruz qalması belə gülüncdür. Çünki, onu görən zaman hər şey aydın olur. Onu İmişli şəhərində qonşular da, o zonaya xidmət edən məsul şəxslər də tanıyır.
Böyük oğlu lal, əqli zəif və ipə-sapa yatmayan bir uşaq. O biri oğlu da xəstədir və xüsusi məktəbə gedir. 2 saylı Şüvəlan internat məktəbinə aparmaq üçün də imkanı yoxdur. Kömək etdim, aparacaq, amma axı dövlətin sosial yardımı bu kimi adamlar üçündür. Qızını məktəbə göndərmək üçün də imkanı yoxdur. Yaşadığı yer isə mal pəncərəsindən də betərdir. Oturmağa bir stulu da yoxdur.
Bu xanımın anası var, pis-yaxşı dolanır, amma qızına baxmır, ümumiilikdə isə daha qocalıb və onun özünə baxan lazımdır. Atası 1997-ci ildə rəhmətə gedib.
Axı bu ailə niyə sosial yardım almasın? İcra hakimiyyəti, deputat davamlı olaraq kömək edə bilməz axı. Bir deyil, iki deyil, üç deyil. Çoxdur. Elə ona görə də dövlət tərəfindən ünvanlı sosial yardım müəyyən edilib ki, bu tip ailələr dolansınlar.
Problem bundadır ki, qızlar ya tələsib ərə gedir, ya zorla evləndirilir, ya da götürülüb qaçılır və sonra da bədbəxt edilərək taleyin ümidinə buraxılır. Bu qadının da əri olub, amma normal kişinin ailəsi bu vəziyyətə qalarmı?
Gərək Əmək və əhalinin sosial müdafiə nazirliyi çox diqqətli olsun. Mən bu cür yüzlərlə ailə tanıyıram. Bəs belə yanaşma olarmı? Bir var kömək etmək üçün çalışmaq, bir də var yardım verməmək üçün əsaslar axtarışına çıxmaq. Vallah o qədər sözlər və bilgilər var ki, deməyə də daha üzüm gəlmir və yaxud mən də daha müqavimətin sonuna gəlmişəm deyəsən. Amma, geri çəkilmək yox. Nə olursa-olsun bu ölkədə normal cəmiyyət quruculuğunu təmin etmək üçün mübarizəyə davam etməliyik.
Mən videoda geniş danışmışam. Baxın. Zir-zibil toplayıb balalarını dolandırır. Faciə. Kimin imkanı varsa, az da olsa kömək eləsin".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?