Ötən bir il ərzində cinayət törətməklə istintaqdan gizlənmiş 28 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib
Bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev rəsmi mətbuata məqaləsində bildirib.
“Eyni zamanda cinayət işləri üzrə xarici dövlətlərdən daxil olan hüquqi yardım haqqında 104 sorğu müvəffəqiyyətlə icra edilmişdir. Xarici dövlətlərə göndərilən 228 hüquqi yardım haqqında sorğudan 68-i icra edilmiş, 157-nə hazırda baxılmaqla 3 sorğunun icrasından imtina edilmişdir”, - Azərbaycanın Baş prokuroru vurğulayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?