GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Gəncədəki terrorda təkcə gözlərini itirmədi... ailəsi də dağıldı... - AĞRILI HEKAYƏ...

Gəncədəki terrorda təkcə gözlərini itirmədi... ailəsi də dağıldı... - AĞRILI HEKAYƏ...

Tarix: 7-10-2022, 11:06 Bölmə :Cəmiyyət Baxış: 227

Hər il oktyabr ayında o məşum günü xatırlayır - onu dünya işığına həsrət qoyan terror hadisəsini. "Özümə ildə bir dəfə kədərlənməyə icazə verirəm", - deyir. Pərvin Qasımova Ermənistanın Gəncəyə atdığı raket nəticəsində iki gözünü itirib. Gundemxeber.az bildirir ki, o, Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində insanlıq əleyhinə törədilmiş Gəncə terrorunun onun həyatına təsirindən bəhs edib.

Gözlərini itirdiyi Gəncəyə qayıtmaq Pərvin üçün çox ağırdır

Bizi qapıda Pərvinin anası İradə Qasımova qarşılayır. Gəncə terrorundan sonra Bakıda yaşayan Qasımovlar ailəsi Gəncəyə qayıtmağın Pərvin üçün çox çətin olduğunu söyləyir. İ.Qasımova deyir ki, ailənin tək övladı olan Pərvin gözlərini Gəncədə itirdiyinə görə, Bakıda yaşamaq qərarını veriblər.

Hər il çətin də olsa o günlərə geri dönən Pərvin Qasımova oktyabr ayı gələndə qəribə əhval-ruhiyyədə olduğunu söyləyir:
"Çalışıram başıma gələnləri yadıma salmayım. Amma keçmişi də unutmaq olmur. Gəncədə arzularım böyük idi. Öz ailəm, övladlarımla bağlı çoxlu xəyallar qurmuşdum. Düşmənin atdığı raketlə arzularım ürəyimdə qaldı".

İki gözünü itirməsinə rəğmən həyata nikbin baxan P.Qasımovanın indi yeni arzuları var:
"Gözünə yenidən nurun gəlməsi, yazdığı romanının çap edilməsi:

"Çalışıram kədərlənməyim. Amma özümə ildə bir dəfə kədərlənməyə icazə verirəm. Bəzən düşünürəm ki, bəlkə mağazadan gec çıxsaydım, bu faciə başıma gəlməzdi. Təəssüf ki, keçmişi geri qaytarmaq olmur".
P.Qasımova deyir ki, terror hadisəsi baş verən gün anasıgildə olub. Atasının doğum gününü təbrik etməyə gələn Pərvin oktyabrın 4-də getməyə hazırlaşırmış:
"Çörək almağa getmişdim. Böyük qızım məndən bulka istəmişdi. Bulka gec hazır olacağından evə gəldim. Kaş ki, orada gözləyəydim. Səhər yeməyini yeməmişdik. Axşama evə getməli olduğumuzdan uşaqların paltarlarını yığışdırmaq üçün yataq otağına keçdim. Anam da mənə kömək üçün həmin otağa gəldi. Uşaqlar, anam, hamımız bir otaqda idik. Mən paltarları yığışdırarkən səs eşitdim. Səsin haradan gəldiyini dəqiqləşdirmək üçün pəncərəyə yaxınlaşdım. Bu zaman qorxunc gurultu səsindən sonra yaranan güclü zərbədən yıxıldım. Ondan sonra nə baş verdiyini xatırlamıram".
Pərvin ayılanda qollarının üstünə çarpayının düşdüyünü, ətrafın zülmətə büründüyünü görür:
"Elə bildim ki, pis bir yuxu görürəm. Başıma gələnlərin reallıq olduğunu ağlıma sığdıra bilmirdim. Anamın ətrafdan kömək istədiyini eşidəndə yavaş-yavaş özümə gəldim".
P.Qasımova hadisə zamanı anasının da gözünə şüşə qırıntılarının düşdüyünü, ayaqlarının zədə aldığını söyləyir:
"Şükür edirəm ki, qızlarım xəsarət almadı. Mənim əlimin vətəri kəsildi, iki barmağımı çətinliklə idarə edirəm. Bədənimdə qəlpə qalıb, çənəmdə sınıq var. Burnumda qırıqlar var, dişlərimin bir çoxu qırılıb. Alnımdakı yaraları əməliyyat nəticəsində aradan qaldırıblar. Ən böyük zərəri isə gözlərimdən almışam və iki gözümü itirmişəm. Sağ gözümün bərpa olunmasına bir az ümid var, amma bunu zaman göstərəcək".
Gəncə terroru Pərvini təkcə dünya işığına həsrət qoymayıb. O ailəsindən də ayrı düşüb:
"Gözəl ailəmiz vardı. Mən gözlərimi itirdikdən sonra özüm könüllü həyat yoldaşımdan ayrıldım. Çünki, mənim artıq xüsusi qayğıya ehtiyacım var. Məhkəmənin qərarı ilə qızlarımdan balacası mənim, böyük isə atasının yanında qaldı".
Hazırda kiçik qızı Nərminlə anasının yanında qalan Pərvin Qasımova böyük qızı ilə də ara-sıra görüşdüyünü deyib.
Həyata nikbin baxan P.Qasımova hazırda roman yazdığını söyləyir. Deyir ki, həyatda iki böyük arzusu var:
"Biri gözlərimin açılması, digəri yazdığım romanımı çap etdirmək".
Övladlarını iki il öncə görən P.Qasımova gözlərinin açılmasını da ən çox övladlarını görmək üçün istəyir. Pərvinin özü ilə qalan qızı iki yaş yarımlıq balaca Nərmin anasının başına gələnləri hələ dərk etmir. Anasının əlindən tutaraq onu həyətə düşürməyə çalışır. Pərvin Qasımovanın ürəyi isə bir gün övladının əlindən tutub onu parkda gəzdirmək, saçlarını darayıb bağçaya aparmaq ümidilə döyünür...
Xatırladaq ki, Vətən Müharibəsi dövründə Gəncəyə Ermənistan tərəfindən ilk hücum 4 oktyabrda baş verib və bu zaman 1 mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 30-dan çox mülki şəxs isə yaralanıb.
Ümumilikdə isə düşmən ordusu Gəncə şəhərinə 2020-ci ilin oktyabr ayı ərzində 5 dəfə raket zərbələri endirib. Nəticədə Gəncənin 27 dinc sakini həlak olub, 125 sakini isə müxtəlif dərəcəli xəsarətlər aldı. Yaşayış binaları, ticarət obyektləri, məktəblər dağıdılıb.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gözlərini dartdıran Pərvin indi də dodağını böyütdü - FOTO

    Gözlərini dartdıran Pərvin indi də dodağını ...

    26-12-2019, 15:18

  • 
  • Pərvin İnstaqramı silkələdi... – Fotolar

    Pərvin İnstaqramı silkələdi... – Fotolar ...

    25-07-2019, 12:38

  • 
  • Pərvin Səmra ilə dodaq-dodağa - Video

    Pərvin Səmra ilə dodaq-dodağa - Video ...

    4-08-2018, 22:31

  • 
  • Pərvin İtaliyaya getdi, tənqid olundu: “Görməmiş ki, görməmiş...” – Fotolar

    Pərvin İtaliyaya getdi, tənqid olundu: “Görməmiş ...

    6-08-2019, 16:24

  • 
  • Pərvin Abıyeva hansı məşhurla sevgilidir? - FOTO

    Pərvin Abıyeva hansı məşhurla sevgilidir? - FOTO ...

    23-09-2017, 13:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu