Gundemxeber.az » Ölkə » Cəmiyyət » FHN "Zeytun” aptekə protokol yazdı
"Zeytun Pharmaceuticals" MMC-yə daha bir cərimə protokolu yazılıb.
Gundemxeber.az xəbər verir ki, Pravda.az-ın etdiyi məlumata görə, MMC barəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Babək Pənahovun icraatına verilib.
Məhkəmə iclası oktyabrın 13-nə təyin edilib.
Xatırlatma: Daha əvvəl "Zeytun Pharmaceuticals" MMC-yə eyni xəta ilə bir neçə dəfə cərimə protokolu yazılıb.
Qeyd: "Zeytun Pharmaceuticals" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Bəhruz Şirəliyevə məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 2 000 manat, dövlət qeydiyyatına alındığı tarix isə 09.10.2014-cü ildir.
Gundemxeber.az
7-02-2022, 14:37
30-06-2020, 11:41
9-09-2022, 09:53
16-07-2021, 11:05
23-12-2021, 11:42
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?