GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Əməkdar müəllim” adı müəllim olmayan şəxslərə verilib… - Burası AZƏRBAYCANDIR!

“Əməkdar müəllim” adı müəllim olmayan şəxslərə verilib… - Burası AZƏRBAYCANDIR!

Tarix: 8-10-2022, 13:29 Bölmə :Cəmiyyət Baxış: 180


Təhsil eksperti Kamran Əsədov “Əməkdar müəllim” adının müəllim olmayan şəxslərə verildiyi ilə bağlı iddia səsləndirib.

Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib: “Bu gün 6 oktyabrdır və hələ də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şagirdlərə dərslikləri verə bilməyib. Bəli, dərslikləri verə bilməyib, çünki onlara şagirdlər, onların gələcəyi maraqlı deyil. Onlara maraqlı olan dost, qohum, tanışlarına vəzifə vermək, hələ bu azmış kimi, ölkə prezidentini aldadıb öz yaxınlarına fəxri adların verilməsini həyata keçirirlər. 5 oktyabr Müəllimlər Günü ilə bağlı ölkə başçısının “Əməkdar müəllim” adını verdiyi şəxsləri araşdırmağa başladım. Məlum oldu ki, “Əməkdar müəllim” adını alanlar arasında müəllim olmayanlar da var. Misal üçün, Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev. Bəli, Fuad bəy olimpiada hərəkatında yaxından iştirak edən, çalışan şəxsdir. Ola bilər ki, yaxşı insan, yaxşı oğlandır amma müəllim deyil.

Cənablar, “Əməkdar müəllim” fəxri adı təhsil sahəsində xüsusi xidmətlərinə görə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, ümumi təhsil, peşə təhsili və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə və tərbiyəçilərinə bu sahədə azı iyirmi il işlədikdə verilir.

Bir də deyirəm, 20 il pedaqoji staj olmalıdır. Soruşuram ki, Fuad Qarayevin 20 il pedaqoji stajı harada olub? Çağ Öyrətimdə işləyəndə? MİQ imtahanından keçib müəllim olub? Əgər siz Fuad Qarayevi təltif etmək istəyirsinizsə, ona dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ad, medal verin. Müəllim olmayana, 20 il dövlət təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmayanlara “Əməkdar müəllim” adını vermək, müəllimlərə açıq şəkildə hörmətsizlikdir.

Müəllim olmayanları təhsil sistemində vəzifəyə gətirdiyiniz bəs deyilmiş kimi, indi onlara fəxri adları da paylayırsınız. Əgər yaxşı oğlan, yaxşı dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fəxri “Əməkdar müəllim” adını vermək olarsa, ilk Elm və Təhsil Nazirinin müavini Muxtar Məmmədova vermək lazımdır. O hamıdan əvvəl təhsil sistemində çalışır”.

İddia ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Elm və Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov News24.az-a açıqlamasında bildirdi ki, Fuad Qarayevə “əməkdar müəllim” adı təhsil sahəsindəki xidmətlərinə görə verilib:” Fuad Qarayev ölkə daxili və beynəlxalq olimpiyada qaliblərinin yetişdirilməsində xidmət göstərib. Bundan əlavə o, uzun illər riyaziyyat müəllimi olaraq pedoqoji fəaliyyətlə məşğul olub. Ona verilən fəxri ad da xüsusi xidmətlərinə görə verilib”. //aztoday.az//

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bir neçə təhsil işçisinə fəxri ad verildi

    Bir neçə təhsil işçisinə fəxri ad verildi ...

    9-10-2015, 19:19

  • 
  • Prorektora "Əməkdar elm xadimi" fəxri adı verildi

    Prorektora "Əməkdar elm xadimi" fəxri ...

    12-10-2015, 13:01

  • 
  • Təhsil naziri müəllimləri təbrik etdi

    Təhsil naziri müəllimləri təbrik etdi ...

    5-10-2018, 10:31

  • 
  • Müəllim hazırlığı və işlə təminatı sahəsində dəyişikliklər olacaq

    Müəllim hazırlığı və işlə təminatı sahəsində ...

    24-12-2013, 23:45

  • 
  • Təhsil Nazirliyinin qarşısında aksiya keçirən MÜƏLLİM SAXLANILDI

    Təhsil Nazirliyinin qarşısında aksiya keçirən ...

    16-10-2019, 14:49


Təqvim

«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Arxiv xəbərlər

İyun 2023 (150)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu