Rusiya üzrə nüfuzlu ekspertlər aylardır iddia edirdilər ki, Putinin gerçək çöküşü iki hadisədən biri baş verəndə gerçəkləşəcək: ya Xerson işğaldan azad edilməli, ya Krım körpüsü vurulmalıdır.
Ukrayna Silahlı Qüvvələri bu dəfə də təəccübləndirməyi bacardı. Hamı Xerson istiqamətində nəticə gözlədiyi halda Krım körpüsü dağıdıldı.
Bu adı körpü deyil, Putinin "övladı", qürur mənbəyidir. Məhz buna görə də Ukrayna hərbçiləri Rusiya diktatorunun 70 illik yubileyinə belə qiymətli "hədiyyə" etdilər.
Bu həm də, ABŞ-ın Ukraynaya yeni yardımlarının verdiyi özgüvəndən doğan nəticədir. İndi Ukraynanın daha çox HİMARS-ı, yəni, daha güclü hücum qabiliyyəti var, hava məkanı yeni NASSAMS-larla daha etibarlı şəkildə qorunur.
Peskovun dünən dediyi "Krem daxilində heç bir qarşıdurma yoxdur" açıqlaması isə, sadəcə, acizliyin etirafı idi. Krım körpüsünün partladılması ilə Kremlə elə bir yanğın düşdü ki, tüstüsü tezliklə bütün Rusiyada duyulacaq.
Sorğu
Yeni dizaynımız necədir?