GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xoşqədəm Hidayətqızının adından yarım milyonluq dələduzluq

Xoşqədəm Hidayətqızının adından yarım milyonluq dələduzluq

Tarix: 19-10-2022, 11:01 Bölmə :Cəmiyyət Baxış: 289

10-dan çox şəxsi müxtəlif yollarla aldadaraq, onların külli miqdarda pulunu ələ keçirən 1996-cı il təvəllüdlü Məmmədov Ayxan İsmayıl oğlunun məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ayxanın dələduzluq yolu ilə ələ keçirdiyi ümumi məbləğ isə yarım milyon manata yaxın olub. O, birinə sosial ev almaq, digərinə iş düzəltməyi, başqa birinin xəstəsini müalicə etdirəcəyi adı ilə külli miqdarda pullar mənimsəyib.

Məhkəmədə ifadəsində 2019-cu ilədək “Xəzər TV”də çalışdığını bildirən Ayxan, dələduzluqlarından bir neçəsini də tanınmış aparıcı Xoşqədəm Hidayətqızının adından istifadə etməklə həyata keçirib. Belə ki, Ayxan bir neçə zərərçəkənə özünü X.Hidayətqızının gah mühafizəçisi, gah da köməkçisi kimi təqdim edib.

Ayxan bu əməlini məhz qonşularına qarşı törədib.

Belə ki, Ayxan qonşusu Mirsədizadə Afaqgildə olarkən televiziyada müxtəlif kanallarda işlədiyini, Xoşqədəm Hidayətqızına 6 000 dollar məbləğində pul lazım olduğunu və 10 gün müddətində 1 000 dollar artığına qaytaracağını bildirib.

Ev sahibi Ayxanın onun evində çörək kəsdiyini, övladlarından ona fərq qoymadığına görə şübhə etməyib və 6 min dolları verib.

10 gün müddətin tamamında ona zəng edərək pulun çatdırılmasını istədikdə isə, Xoşqədəm Hidayətqızının başının ciddi işlərə qarışdığını, heç nədən narahat olmamağı və yaxın vaxtda da pulunu qaytaracağını bildirib.

Aradan 2-3 ay keçdikdən sonra yenidən ona zəng edib pulun qaytarılmasını istədikdə Ayxan, onun telefonuna “Porsche” markalı avtomobilin fotoşəklini göndərərək guya Xoşqədəm xanıma məxsus olduğunu və həmin avtomobilin satışının ona həvalə olunduğunu, yaxın günlərdə avtomobili satan kimi aldığı pulu qaytaracağını bildirib.

2018-ci ilin noyabr ayında Ayxan onun evinə gələrək Xoşqədəm xanımın avtomobilinin satıldığını və vacib işləri üçün ona üç gün müddətinə əlavə 5 500 ABŞ dollarının lazım olduğunu, qaytararkən öz hesabından 300 ABŞ dolları əlavə edəcəyini, üç gün ərzində ona aldığı pulları cəm şəklində qaytaracağına əmin edib. Qonşusu pullarının cəm şəklində qaytarılacağına inanaraq, yaşadığı ünvanda Ayxana əlavə olaraq 5 500 ABŞ dolları məbləğində pul verib.

İki dəfəyə ondan 11.500 ABŞ dolları məbləğində pul alıb vədlər verməsinə baxmayaraq, Ayxan uzun müddət bu pulların qaytarılmasından yayınmağa başlayıb, hətta pandemiyanı bəhanə edərək işlərinin qaydasında getmədiyini, müəyyən çətinliklərin yarandığını, lakin pulları hökmən qaytarılacağını vəd edib. Ayxanın aldatdığı qadın seyid olub.

Ayxan növbəti dələduzluğunda da Xoşqədəm Hidayətqızının adından istifadə edib. O, zərərçəkən İradə adlı qonşusuna Xoşqədəm Hidayətqızına bir həftəyə 17 000 manat pul lazım olduğunu deyərək ondan həmin məbləğdə pul istəyib.

Qadın isə Ayxanın səmimiyyətinə şübhə etməyərək, evinin təmiri üçün topladığı pulu ona verib. Maraqlıdır ki, Ayxan bir həftəyə həmin məbləği sahibinə geri qaytarıb.

Lakin, üç gün sonra yenə zərərçəkənin evinə gələrək Xoşqədəm Hidayətqızı ilə birlikdə “Səni axtarıram” verilişi üzrə çəkilişlə bağlı Türkiyəyə getməyə hazırlaşdıqlarını, Xoşqədəm xanıma 10 gün müddətinə gedib-qayıtmağa 10 000 ABŞ dolları məbləğində pul lazım olduğunu, qayıtdıqdan sonra üstündə əlavə hörmət edəcəyini deyərək qaytardığı 17 000 manat pulun ona verilməsini istəyib. 

Qadın Ayxanın dediklərinə inanıb bir neçə gün əvvəl qaytardığı 17 000 manat pulu ərinin şahidliyi ilə sayıb ona verib. Ayxan pulu alıb getdikdən bir neçə gün sonra zəng edərək Xoşqədəm xanımla Türkiyədə olduğunu deyib onların orada qalması üçün 5 000 manat pul lazım olduğunu bildirərək, həmin məbləği qardaşı və ya anasının vasitəsilə ona göndərilməsini xahiş edib.

Həmçinin danışarkən ona bildirib ki, Xoşqədəm xanımla Türkiyədə gəlirli bir iş həll edib verdiyi pulları artıqlaması ilə əldə edib Bakıda pulları qaytaracaq. Ayxan bu üsulla zərərçəkəndən daha 5 min manat alıb.

Qonşuları Ayxandan pulu geri tələb edən zaman isə, o, Xoşqədəm Hidayətqızının adından mesaj yazaraq onları arxayın salıb. Mesajların mətnində pulların qısa müddət ərzində geri qaytarılacağı qeyd olunub. Vədlərə bir müddət səbir edən zərərçəkənlər, sonda hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Təqsirləndirilən şəxs zərərçəkənlərə qardaşının DTX-da, anasının müəllim, atasının bələdiyyə sədri işlədiyini bildirib.

Məhkəmə zamanı müəyyənləşib ki, Ayxan Məmmədova məxsus bank kartına iki il müddətinə 485 206 (dörd yüz səksən beş min iki yüz altı) manat məbləğində depozit edilib. O, bu məbləğin  139 013,90 manatını çıxarış edib./qafqazinfo.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xoşqədəm Hidayətqızının evi sökülür – Özəl

    Xoşqədəm Hidayətqızının evi sökülür – Özəl ...

    24-01-2014, 14:23

  • 
  • Röyanın keçmiş biznes ortağının şikayəti əsasında məhkəmə başlayıb

    Röyanın keçmiş biznes ortağının şikayəti əsasında ...

    9-02-2018, 10:32

  • 
  • Sevinc Babayevanın oğlunun cəzası azaldılıb

    Sevinc Babayevanın oğlunun cəzası azaldılıb ...

    13-02-2019, 10:22

  • 
  • Nazilə Səfərli Xoşqədəm Hidayətqızının şikayəti ilə saxlanıldı - TƏFƏRRÜAT

    Nazilə Səfərli Xoşqədəm Hidayətqızının şikayəti ...

    18-06-2021, 14:41

  • 
  • Röya Ayxan: "Bundan sonra ancaq onlarla yatacam" - FOTO

    Röya Ayxan: "Bundan sonra ancaq onlarla ...

    27-11-2015, 13:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu