Ukraynanın dövlət enerji şirkətinin cümə axşamı bildirdiyinə görə, Rusiyanın enerji infrastrukturunu hədəf alan hücumlarından sonra ölkənin bir çox regionlarında elektrik enerjisindən istifadəni məhdudlaşdırılıb.
"Ukrenerqo" zərbələr nəticəsində ölkənin mərkəzi hissəsindəki avadanlıqların da zərər çəkdiyini bildirib. Enerji şəbəkəsinin həddindən artıq yüklənməsinin qarşısını almaq və zədələnmiş obyektlərin təmirini asanlaşdırmaq üçün enerjidən istifadəyə məhdudiyyətlərin qoyulması gərək olub.
Ukraynanın enerji obyektlərinə yeni hücumlar Prezident Volodimir Zelenskinin enerji sektorunun işçilərinə elektrik şəbəkəsini sabitləşdirmək səylərinə görə təşəkkür etdiyi vaxt baş verib.
"Düşmən nə edirsə etsin, bizim vəzifəmiz onun planlarını pozmaq və Ukraynanı qorumaqdır. Və bu, təkcə kiminsə tapşırığı deyil, bu, təkcə energetiklərə və ya başqalarına şamil olunmur. Artıq enerjidən ağıllı istifadə bütün ukraynalılara lazımdır," Zelenski çərşənbə günü gecə çıxışında bildirib.
Krımda Rusiya tərəfindən təyin edilmiş bir rəsminin bildirdiyinə görə, cümə axşamı gecə pilotsuz təyyarə Rusiyanın ilhaq etdiyi yarımadadakı istilik elektrik stansiyasına hücum edib.
Rəsmi orada elektrik təchizatı üçün heç bir təhlükə və tələfatın olmadığını bildirib.
Kremlin dediyinə görə, Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü strateji nüvə qüvvələrinin "kütləvi nüvə zərbəsinə" cavabın imitasiyası təlimlərini uzaqdan izləyib.
Rusiya dövlət televiziyası nəhəng televiziya ekranında Putinin təlimləri izlədiyi videonu hərbi liderlərin şərhləri ilə nümayiş etdirib.
Yayımlanan videoda Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, təlimlər zamanı sualtı nüvə qayığı, uzaqmənzilli təyyarələr iştirak edib, ballistik və qanadlı raketlərdən çoxsaylı sınaq atəşləri açılıb.
Ağ Ev çərşənbə axşamı bildirib ki, Rusiya "Qrom" və ya "Göy gürultusu" adlı illik təlimlər keçirəcəyi barədə xəbərdarlıq edib. Bu manevrlər NATO-nun bazar ertəsi "Sabit Gündüz" kimi tanınan özünün illik nüvə təliminə başladığı vaxta təsadüf edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?