Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Sevinc Quliyeva Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə təyin olunub.
Bu vəzifəyədək o, Azərbaycan Texnologiya Universitetinin “Elektron xidmətlərin təşkili və İnformasiya” mərkəzinin direktoru vəzifəsində çalışıb.
Bakı Dövlət Universitetinin “Biokimya” ixtisası üzrə bakalavr və magistr təhsili almış Sevinc Quliyeva 2005-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Bakı şəhəri 153 nömrəli tam orta məktəbdə biologiya və kimya müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Q.Sevinc 2017-ci ildən 2020-ci ilə qədər BDU-də Ümumi fənn kurikulumunun əsasları fənnini tədris etmiş, eyni zamanda DİM-nin “Vizuallaşdırılmış dərs” layihəsinin meneceri, biologiya dərslərinin müəllifi olmuşdur.
Bundan başqa Sevinc Quliyeva 0101.edu.az saytının təşkilatçısı, biologiya fənni üzrə test tapşırıqlarının müəllifi olmuş, MLP kursunu tam keçmişdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?