GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimatı olub

“Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimatı olub

Tarix: 4-11-2022, 14:18 Bölmə :Cəmiyyət Baxış: 150

Noyabrın 3-də Nizami Kino Mərkəzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş sponsorluğu ilə ərsəyə gətirilmiş, Vətən müharibəsi şəhidi Muxtar Qasımlıya həsr olunan “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimat mərasimi keçirilib.

Dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, müharibə iştirakçıları, şəhid anaları və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. 

Daha sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsində şəhid Muxtar Qasımlının valideynləri – atası, filmin prodüseri Əli Qasımov və anası, filmin bədii rəhbəri Almaz Qasımova, Milli Məclisin sədrinin müavini Adil Əliyev, Gənclər və idman naziri Fərid Qayıbov və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış ediblər. 

Bildirilib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi hərb tariximizə qızıl hərflərlə yazılıb. Məhz cənab Prezidentin qətiyyəti, yüksək sərkərdəlik məharəti və qəhrəman vətən övladlarının mübarizliyi, fədakarlığı sayəsində torpaqlarımızın 30 illik işğalına son qoyulub. Qeyd olunub ki, Qarabağda tarix yazan həmin qəhrəmanlarımızdan biri də Füzuli rayonu uğrunda gedən ağır döyüş əməliyyatlarında öz şücaəti ilə fərqlənmiş şəhid Muxtar Qasımlıdır. 

Müharibəyə Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi qatılan Muxtarın döyüş yolu düşmənin müdafiə səddinin yarıldığı Füzulidə başlayıb və rayonun Alxanlı kəndində sona çatıb. 2 oktyabr 2020-ci il tarixində Silahlı Qüvvələrimizin baş leytenantı Muxtar Qasımlı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Vurğulanıb ki, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz kimi Muxtarın da ömür yolu gənclərimiz üçün örnəkdir. Bu mənada Muxtarın qəhrəmanlıq hekayəsindən bəhs edən “Qəhrəman Muxtar Qasımlı” sənədli filmi şəhidimizi ictimaiyyətə daha yaxından tanıtmaq, yeni nəslin Muxtar kimi mərd, cəsur, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə vermək məqsədi daşıyır.

Çıxışlardan sonra rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan “Qəhrəman Muxtar Qasımlı” sənədli filmi nümayiş olunub. Ekran işində şəhid Muxtar Qasımlının təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, idman sahəsində əldə etdiyi uğurlar, iş həyatı filmin süjet xəttini təşkil edib. 

Xatırladaq ki, “AzerGold” QSC-də Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, tamaşaçıların böyük marağı ilə qarşılanan “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin rəsmi treyleri ilə linkə keçid edərərək tanış ola bilərsiniz.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ŞAHMARIN EŞQ ƏSƏRİ"

    "ŞAHMARIN EŞQ ƏSƏRİ" ...

    3-10-2022, 10:35

  • 
  • DAŞKƏSƏN RAYON MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ “20 YANVAR FACİƏSİ” ADLI SƏRGİ KEÇİRİLİB

    DAŞKƏSƏN RAYON MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ “20 YANVAR ...

    18-01-2018, 17:07

  • 
  • Arzu Əliyevanın "Hədəf Bakıdır" sənədli filminin Los-Ancelesdə premyerası keçirilib

    Arzu Əliyevanın "Hədəf Bakıdır" sənədli ...

    18-05-2016, 10:55

  • 
  • Arzu Əliyevanın "Hədəf Bakıdır" sənədli filminin Los-Ancelesdə premyerası keçirilib - FOTO

    Arzu Əliyevanın "Hədəf Bakıdır" sənədli ...

    18-05-2015, 10:55

  • 
  • "AzerGold” QSC ilə Fransa şirkətləri arasında əməkdaşlıq   imkanları müzakirə olunub

    "AzerGold” QSC ilə Fransa şirkətləri ...

    27-04-2022, 17:53


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (558)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu