Daxili İşlər Nazirliyinin əhali arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə elan etdiyi müsabiqə yekunlaşıb. 21 bloger tərəfindən təqdim olunan materiallara münsiflər heyəti tərəfindən baxış keçirilib, onlardan 7 material seçilərək müəllifləri müsabiqənin qalibləri olublar.
Noyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində müsabiqə qaliblərinin mükafatlandırılması tədbiri keçirilib. Baş İdarənin rəisi, polis general-mayoru İslam Hümbətov çıxışında daxili işlər orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində apardıqları qətiyyətli mübarizə, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirləri barədə qısa məlumat verib.
O, qlobal problem olaraq bütün bəşəriyyəti narahat edən narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın aradan qaldırılması üçün cəmiyyətin birgə səylərinin tələb olunduğunu, hər kəsin ümumi işə real köməkliyinin vacibliyini qeyd edərək, əhali arasında antinarkotik təbliğatında göstərdikləri dəstəyə görə müsabiqə iştirakçılarına təşəkkürünü bildirib. Daha sonra qalib gələn iştirakçılara mükafatlar təqdim edilib. İştirakçılar da öz növbələrində blogerlərin bu istiqamətdə maarifləndirmə işlərinə cəlb olunmalarının vacib təşəbbüs olduğunu diqqətə çatdıraraq ölkə və DİN rəhbərliyinə təşəkkür edib, bundan sonra da öz fəaliyyətlərində sağlam gəncliyin formalaşmasında əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?