İranda son ictimai etirazların qurbanlarından olan Cavad Heydərinin qardaşı Məhəmməd Heydəri Qəzvində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Mərhum Cavad Heydərinin bacısı Fatimə Heydəri öz Twitter hesabında qardaşının onun işi ilə əlaqədar məhkəməyə getdiyi zaman həbs olunduğunu açıqlayıb.
O, həmçinin öz tvitində yazıb ki, anası da Məhəmmədin durumundan xəbərdar olmaq üçün məhkəməyə gedib, lakin "onu itələyərək qovublar". Xanım Heydəri, həmçinin bildirib ki, Məhəmmədin vəkili belə məhkəməyə buraxılmayıb.
Fatimə Heydəri sentyabrın 22-də bu şəhərin Iran rejiminə qarşı xalq etirazları zamanı həyatını itirən Qəzvin vilayətinin türk qurbanlarından olan Cavad Heydərinin bacısıdır.
Fatimə Heydərinin dediyinə görə, onun qardaşı arxadan və güllə ilə vurulub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?