GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Mədəniyyətin ilk şərti ədalətdir", deyib atalar - Hanı o ədalət, cənab nazir? // VİDEO

"Mədəniyyətin ilk şərti ədalətdir", deyib atalar - Hanı o ədalət, cənab nazir? // VİDEO

Tarix: 21-11-2022, 18:37 Bölmə :Cəmiyyət Baxış: 227

Bildiyimiz kimi 1 noyabr 2022-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Mədəniyyət Nazirliyində əməliyyat keçirdi. Əməliyyat zamanı nazirin birinci müavini Elnur Əliyev başda olmaqla bir neçə vəzifəli şəxslər saxlanıldı. Özü də həmin şəxslərin əksəriyyəti Anar Kərimovun əmri ilə vəzifəyə təyin edilən şəxslər idi.

Gundemxeber.az dogruxeber.az-a istinadla bildirir ki, bundan əvvəl - 2020-ci ilin may ayının 8-də də DTX Mədəniyyət Nazirliyində əməliyyat aparmışdı. O zamanlar da aşkar olunmuş ciddi nöqsanlara və yeyintiyə görə Sabiq nazir Əbülfəz Qarayev başda olmaqla, bir neçə vəzifəli şəxslər işindən azad edilmişdir. 2021-ci ilin yanvar ayına qədər isə nazir vəzifəsini birinci müavin əvəz edirdi. 2021-ci ilin yanvar ayının 5-dən bugünə qədər isə prezidentin imzaladığı sərəncama əsasən, nazir kürsüsünə Anar Kərimov əyləşib. 2021-ci ilin sentyabr ayından bəri də Anar Kərimovun birinci müavini vəzifəsini Elnur Əliyev icra edirdi. Bu ilin noyabr ayının 1-də DTX yenidən əməliyyat keçirdi. Bu dəfə də birinci müavin və digər bir neçə vəzifəli şəxslər saxlanıldı.

Baxın!
Birinci əməliyyat zamanı aşkar edilmiş nöqsanlara görə Nazir vəzifəsindən azad edilir və onu birinci müavin əvəz edir. İkinci əməliyyat zamanı yenə də nöqsanlar aşkar edilir, bu dəfə isə birinci müavin saxlanılır, nazirə "gözün üstə qaşın var". deyən olmur.

Maraqlıdır, əgər bütün bu yeyinti və digər nöqsanların başında nazir özü durursa, yəni rəhbər məsuliyyət daşıyırsa, o zaman Anar Kərimov niyə həbs edilmədi, yaxud işindən azad edilmədi?

Əməliyyatdan belə rahatlıqla yaxa qurtaran Anar Kərimovun deyəsən "sehirli çırağı" var. Amma, nağıllarda deyilir ki, o çıraqlardakı cin yalnız "3 arzunu yerinə yetirir". Odur ki, hörmətli Anar Kərimovun bir şansı artıq, xərcləndi. Mədəniyyət sahəsindəki korrupsiya və özbaşınalıqlar davam etdikcə, bu cür 2-ci, 3-cü, 4-cü dalğalar da qaçılmazdır yəqin ki...
Kənardan baxıb, yalnız "oxuyub-oynamaq" gördüyümüz bu sahədə problem olmadığını düşünür adam. Amma, dərindən araşdırdıqda bəlli olur ki, əslində ən çox problem - korrupsiya, saymazlıq, "ödənişli hörmət" və sair hamısı Mədəniyyət Nazirliyində mövcuddur.

Bu arada bir haşiyəyə çıxmaq yerinə düşər.
Demək, Bakıda yaşadığımız üçün bizi özünün "yuxarıdakı adamı" hesab edən uzaq tanışlardan biri ötən il zəng edib, işinin düşdüyünü dedi. Qeyd edək ki, həmin tanış rayonlardan birinin mədəniyyət evinin müdiridir. Bizə düşən işi isə bu idi ki, deyir "Regional Mədəniyyət idarəsinə müdir yeri boşdur, ora 4.000 (dörd min) manat istəyirlər, mənim də əlimdə 2.000 (iki min) manat var, ona da yaxın durmurlar. Bəlkə siz desəniz o qədərlə də məni ora müdir götürərlər". Bu saf tanışımız daha bilmir ki, onlar hamısı jurnalist görəndə "qanadsız mələk" olurlar, pula yaxın durmurlar və hətta, "Vallah bizlik deyil, ora təyinatı birbaşa nazirlik özü verir" deyirlər.

Yox biz tanışın sözünü eşidib, ora ağız açmadıq. Sadəcə bu cür cavablar standart olduğu üçün dedik.

Yəni, sözümüzün canı o ki, Mədəniyyət naziri Anar Kərimov korrupsiya və digər nöqsanlara görə işindən azad edilən Əbülfəz Qarayevin yoxluğunu hiss etdirmir sağolsun.

Mədəniyyət nazirliyinə dövlət büdcəsindən ayrılan bu qədər milyonlara rəğmən, bölgələrin əksəriyyətində mədəniyyət evləri bərbad, baxımsız vəziyyətdədir. Yalnız bayram tədbirlərində (o da həmişə yox) məktəblilərin tədbirləri keçirilir vəssalam. Rayon mərkəzi kitabxanaları, rayon mədəniyyət evləri təmirsiz, bərbad gündə, kənd klubları da yox kimi. Amma, maraqlıdır ki, bütün rayonlarda, kəndlərdə mədəniyyət işçisi olaraq maaş alanlar var. Özü də bu adamlar xadimlərindən tutmuş, müdirinə qədər heç də təsadüfi adamlar deyil. Məsələn, ötən həftə yayımlanan "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Xaçmaz rayon Çılğır kənd sakini İlyas Ramazanov deyir, "Çılğır kəndində mədəniyyət klubunun qapıları həmişə bağlıdır. Heç bir fəaliyyət göstərmir. Xadiməsi də, işçiləri də hamısı Xaçmaz rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Yaqut Məsimovanın bacıları və yaxın qohumlarıdır". Yaqut xanım məmurdur və yenə də dövlət büdcəsindən maaş alanlar da məmur yaxınları.



Bu hər yerdə, hər sahədə belədir. Hətta, ümumiyyətlə mədəniyyət klubunun binasının belə mövcud olmadığı kəndlər var ki, orada da mədəniyyət klubunun xadimə və digər işçiləri var, o da yalnız kağız üzərində. Bir sözlə rayon mədəniyyət evlərində "ölü canlar" saxlanılır.
Təbii ki, bu qədər qanunsuz işlər görməyə tək bir adam risk etməz, ən azından bir dayağı olmalıdır. "Dayaqların dayaqları" da zəncirvari olaraq, həmişə rəhbərə qədər uzanır. Odur ki, sözügedən sahənin "gözüqıpığ" nümayəndələrinin "hörmətli nazirin bundan xəbəri yoxdur" cümləsi tamamilə yersizdir.
Mövzuya yenidən və daha detaylı şəkildə qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


GundemXeber.Az




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  •  ANONSU VERİLƏN OLAY BAŞ TUTDU: DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir - Nazir həbs olunacaq?

     ANONSU VERİLƏN OLAY BAŞ TUTDU: DTX Mədəniyyət ...

    8-05-2020, 13:13

  • 
  • İlham Əliyev Anar Kərimovu nazir təyin etdi - SƏRƏNCAM

    İlham Əliyev Anar Kərimovu nazir təyin etdi - ...

    5-01-2021, 15:56

  • 
  • DTX əməliyyat apararkən nazir də orada olub - Saxlanılan şəxslərin adları

    DTX əməliyyat apararkən nazir də orada olub - ...

    8-05-2020, 16:49

  • 
  • Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib, nazirin vəzifələrinin icrası ona tapşırılıb

    Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini ...

    20-07-2020, 18:02

  • 
  • Əbülfəs Qarayev HƏBSDƏN YAYINDIMI? - İDDİA

    Əbülfəs Qarayev HƏBSDƏN YAYINDIMI? - İDDİA ...

    29-06-2021, 10:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (450)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu